Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın "gəmi açıqlaması" müxalifəti özündən çıxardı
Ərdoğanın "gəmi açıqlaması" müxalifəti özündən çıxardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nazirlər Kabinetinin iclasından sonra səbir istəyi və “hamımız eyni gəmidəyik. Su götürsək, hamımız boğularaq” sözləri həm siyasətçilər, həm də ictimaiyyət tərəfindən sərt reaksiyaya səbəb olub.

Bizimyol.info xəbər verir ki, Demokrat Partiyasının sədr müavini Camal Enginyurt Türkiyə prezidentinin çıxışına etiraz olaraq bildirib ki, “Biz eyni gəmidə deyilik, bizim gəmimiz Bandırma Bərəsi adlanır".

CHP sədrinin baş müşaviri və İstanbul millət vəkili Ərdoğan Toprak prezidentə səslənərək bildirib: “Sizin gəminiz “Titanik”dir və seçki qutusunda batacaq”.

İYİ Partiya sədrinin müavini Metin Ergün “Gəmidə problem yoxdur, kapitanın marşrutu səhvdir, kapitan dəyişəcək, hər şey düzələcək”,- deyə şərh verib.

İYİ Partiya sədrinin baş müşaviri Aytun Çıray isə bildirib: “Sizin vəzifəniz gəmidə deşik açmaq deyil, cənab Ərdoğan. Sizin idarə etdiyiniz gəmidə biz təhlükəsiz ola bilmərik”.

DP sədrinin müavini Camal Enginyurt “Əkinçi, üzüm istehsalçısı, fındıq istehsalçısı, bütövlükdə ölkə viran olub. Üstəlik, sən bizə deyirsən ki, “səbr et, biz eyni gəmidəyik”. Bu gəmi batacaq. Gəminin hər tərəfini deşmisən. Ortada bir gəmi qoyub getdin ki, bizdən səbir istəyirsən?

Kapitan dəyişəcək, hər şey yaxşı olacaq” deyə sərt etiraz edib.

CHP sədr müavini Məhərrəm Erkek isə “Biz eyni gəmidə deyilik! Siz bir ovuc tərəfdarınızla ayrı bir gəmidəsiniz və içində olduğumuz insanların gəmisini batırmağa çalışırsınız. Amma boş yerə. Gəmini xilas edəcəyik”, - deyə Nazirlər Kabinetinin iclasından sonra Ərdoğanın sözlərinə münasibət bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »