Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hər kəsin yaddaş bacarıqları fərqlidir

Bəzən baxdığımız film, oxuduğumuz kitab bir müddət sonra unudulur. Və onu unutduğumuzu belə unuduruq.

Bizimyol.info xəbər verir ki, Jons Hopkins Universiteti Tibb Fakültəsindən nevroloq David J. Lindenin sözlərinə görə, hər kəsin yaddaş bacarıqları fərqlidir. Linden deyir ki, bəzi insanlar səhifədə gördükləri mətni və ya ekranda gördükləri üzləri yadda saxlamaqda daha bacarıqlı olsalar da, digərləri tarixləri xatırlamaq, yerləri və istiqamətləri xatırlamaq kimi daha inkişaf etmiş bacarıqlara sahib ola bilərlər. Bu "unutma, xatırlamama" halının yeganə səbəbi yaddaşınızın hansı aspektinin daha çevik olması ilə əlaqəli deyil. Mütəxəssisin fikrincə, əslində unutmağımızın bir çox səbəbi var.

Nyufaundlend Memorial Universitetinin psixologiya professoru. Dr. Kathleen Hourihanın fikrincə, film izləyərkən və ya kitab oxuyarkən nə qədər diqqət yetirirsinizsə, xatırlama səviyyənizə təsir edir. Məsələn, bir film izlərkən telefonla danışsanız və yaxud kitab oxuyarkən səhifələri tez gəzirsinizsə və ya bir cümlə oxuyub dərin düşüncələrə dalırsınızsa, bu filmi və ya kitabı necə xatırlayacağınıza təsir edəcək.

Melburn Universitetinin koqnitiv psixoloqu Sean Kanga görə, məlumatı təkrar-təkrar xatırlamaq beyinə məlumat atmaq qədər vacibdir. Kang deyir ki, bu, sözügedən məlumatı gücləndirəcək.

Başqa sözlə, dostlarınızla izlədikləriniz və oxuduqlarınız haqqında danışdıqca məlumat daha da güclənir. Beləliklə, həmin məzmunu unutmaq artıq çətinləşir.

Fərqli mütəxəssislərin mövzuya gətirdiyi digər ümumi izahat isə günümüzün məzmun istehlakı vərdişlərinin yaddaşımıza necə təsir etdiyini sübut etməkdir.

Lindenə görə, çoxlu film izləmək və ya çox kitab oxumaq kimi təkrarlanan davranışlar yaddaşımızda həmin məzmunun xatirələrini "ümumi" edir. Beynimiz köhnə məlumatları geri ataraq mövcud olanlarla hərəkət edir. Bu məlumat təkrarlanmadıqca yadda saxlamaq çətinləşir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »