Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya: ”Qüvvələrimiz Nikolayev vilayətinin sərhədlərinə çatıb”
Rusiya: ”Qüvvələrimiz Nikolayev vilayətinin sərhədlərinə çatıb”

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov müharibədəki yeniliklərlə bağlı açıqlama verib.

Bizimyol.info xəbər verir ki, Konaşenkov Rusiya qüvvələrinin Xerson və Nikolayev vilayətlərinə qarşı hücumları nəticəsində Ukrayna ordusunun 28-ci Mexanikləşdirilmiş Bölməni zərərsizləşdirdiyini və Nikolayev vilayətinin inzibati sərhədlərinə çatıldığını, Xerson bölgəsinin 36 kvadrat kilometrlik ərazisinin nəzarətə götürüldüyünü bildirib.

Komsomolskoye qəsəbəsini ələ keçirdiklərini qeyd edən Konaşenkov Nikolayev vilayətində 12 kilometrlik əraziyə nəzarətin qurulduğunu bildirib.

Marinka qəsəbəsinin 75 faizindən çoxunun Rusiya qüvvələri tərəfindən tutulduğunu deyən Konaşenkov, Avdeyevkada Ukrayna əsgərlərinə qarşı mühasirənin davam etdiyini bildirib. Ukrayna ordusunun Kodema qəsəbəsində OPFOR xüsusi təyinatlılarını üç tərəfdən mühasirəyə aldıqlarını ifadə edən Konaşenkov, Zaytsevo qəsəbəsinə yaxınlaşdıqlarını da qeyd edib.

Rusiya Hərbi Hava Qüvvələrinin yüksək dəqiqlikli silahının Ukrayna ordusunun 81-ci hava mobil və 95-ci hava desant qüvvələrinin Donetsk bölgəsindəki Slavyansk və Konstantinovkadakı müvəqqəti yerləşdirmə məntəqələrinə zərbələr endirdiyini bildirən Konaşenkov, orada 200-dən çox zərərsizləşdirilmiş Ukrayna millətçi qüvvələrinin olduğunu iddia edib.

Bir gündə Ukrayna Silahlı Qüvvələrinin 12 idarə nöqtəsini vurduqlarını bildirən Konaşenkov Nikolaev vilayəti və Donetsk vilayətindəki Soledarda 7 raket və artilleriya arsenalının məhv edildiyini, Xarkov və Donetsk bölgələrində isə 4 yanacaq çəninin vurulduğunu bildirib.

Onun sözlərinə görə, Dnepr bölgəsindəki Marqanitsa yaxınlığında ABŞ istehsalı olan 2 M777 haubitsası məhv edilib.

“Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətində Barvenkovo yaxınlığında müxtəlif yerlərdə Ukraynaya məxsus Su-27 döyüş təyyarəsini və 6 pilotsuz uçuş aparatını vurub.

Bu günə qədər 268 təyyarə, 148 helikopter, 1796 pilotsuz uçuş aparatı, 369 hava hücumundan müdafiə raket sistemi, 4 min 377 tank və zirehli texnika, 818 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3 min 335 haubitsa və minaatan məhv edilib”,- deyə Konaşenkov bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »