Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın Ukraynadakı hərbi komandirləri birbaşa Putinə tabedir"
"Rusiyanın Ukraynadakı hərbi komandirləri birbaşa Putinə tabedir"

Ukraynadakı Rusiya hərbi qruplaşmalarının komandirləri çox güman ki, birbaşa Rusiya prezidenti Vladimir Putinə raport verirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (MTİ) yeni hesabatında deyilir.

Qeyd olunur ki, bu yolla bu komandirlər komanda sistemində Rusiya Müdafiə Nazirliyi və Baş Qərargah rəisi Valeri Gerasimovdan yan keçərək birbaşa prezidentə tabedirlər.

Bundan əlavə, MTİ bildirir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynaya tammiqyaslı işğalın ilkin mərhələsindən sonra Putinin etimadını itirib. Şoyqu erkən qələbə ilə bağlı verdiyi vədlərə baxmayaraq, uğursuzluğa düçar olub.

“Mənbələr iddia edirdilər ki, indi Putin Şoyqudan yan keçərək Ukraynada “Mərkəzi” qoşunlar qrupuna nəzarət edən Mərkəzi Hərbi Dairənin komandiri Aleksandr Lapin və Rusiya Aerokosmik Qüvvələrinin komandanı, “Cənub” qoşun qrupuna komandanlıq edən Sergey Surovikinlə birbaşa əlaqə saxlayır”, - deyə məlumatda deyilir.

Qeyd edək ki, Rusiya qoşunları fevralın 24-də səhər tezdən Ukraynaya daxil olub.  Vladimir Putin iddia edir ki, Ukraynadakı müharibənin son məqsədi guya Donbası qorumaq və Rusiya Federasiyasının təhlükəsizliyini təmin edəcək şərait yaratmaqdır. Bu qonşu dövlətə qarşı başladılan müharibəyə "başqa don" geyindirmək cəhdidir.

Rusiyanın ildırım sürətli hücum ilə Kiyevi ələ keçirmək cəhdinin qarşısı alındı ​​və bu, rus ordusunu yenidən cəmləşməsinə və şərqdə artilleriya kampaniyasına fokuslanmağa məcbur etdi. İkitərəfli atəşkəs danışıqları aprel ayında Rusiya işğalçı qüvvələrinin törətdiyi hərbi cinayətlərə dair sübutların üzə çıxmasından sonra pozulub.

Rusiyanın hərəkətləri Moskvaya qarşı sanksiyalar tətbiq edən Qərb ölkələri tərəfindən pislənilib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »