Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Maşına iki nəfər əyləşib, elə biliblər ki, ikincisi Duqindir...”
“Maşına iki nəfər əyləşib, elə biliblər ki, ikincisi Duqindir...”

Ukraynada yaşayan Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov filosof Aleksandr Duqinin qızı Daryanın qətlini “Milli Respublika Ordusu”nun həyata keçirdiyini bildirmişdi. Onun açıqlamasına qədər bu təşkilat barədə internetdə heç söz açılmamışdı. Ponomaryovun özü 2014-cü ilə qədər Rusiya siyasi elitasına yaxınlığına görə çox qınanılır. Keçmiş deputat hakimiyyətdə təmsil olunurdu, anası Çukotkanı Federasiyalar Şurasında təmsil edirdi. Ponomaryov son müsahibəsində keçmişini unutmadığını deyib.

Bizimyol.info xəbər verir ki, siyasətçi Kremlin Darya Duqinanın qatili ilə bağlı bəyanatının həqiqəti əks etdirmədiyini bildirir. Onun sözlərinə görə, deyildiyi kimi, filosofun qızını Natalya Vovk öldürməyib. Amma müsahibədəki ifadələrdən belə anlaşılır ki, ukraynalı qadının sui-qəsd planında müəyyən rolu olub.

“Mən demirəm ki, bu faktdan tamamilə uzaq qalıb. Sadəcə, Natalya hücumu təşkil etməyib. Mən nəsə baş verəcəyi ilə bağlı kursda idim. Bilirdim ki, böyük miqyasda əməliyyat hazırlanır. Buna qədər hərbi komissarlıqları yandırırdılar. Bu dəfə parlaq iş ortaya qoymaq qərarına gəldilər. Hadisədən sonra mənə konkret fotolar və manifest göndərdilər”.

Ponomaryov Darya Duqinanın öldürülməsini tamamilə qanunauyğun sayır. Keçmiş deputat filosofun qızının “Azov” döyüşçülərinə münasibətdəki rolunu xatırladır.

“Bu adam Ukraynada kütləvi qətllərə çağırış edirdi. “Yazıq qız, atasına görə öldürüldü” söhbətlərinə ehtiyac yoxdur. Darya atasının leytenantı, əlləri idi. Bildiyimə görə, “Milli Respublika Ordusu” onların hər ikisini öldürmək istəyib. Maşına iki nəfər əyləşib, elə biliblər ki, ikincisi Duqindir. Yəqin ki, qızın tək olduğuni bilsəydilər, düyməni basmayacaqdılar”.

Ponomaryov düşünür ki, Rusiya siyasi elitası müharibənin dəhşətini öz həyatında hiss etməlidir. Keçmiş deputat təcavüzün məhz Vladimir Putinin ideyası olduğunu bildirir. Ponomaryov keçmişinə görə bu qədər qınağa layiq olmadığına inanır.

“Mən Putini heç vaxt dəstəkləməmişəm. Həmişə müxalifətdə olmuşam. Sadəcə, heç vaxt inqilabı məqsəd saymamışam. Bir də şər tərəfdən xeyir tərəfə keçid həmişə açıq olmalıdır. Mən əlimdən gələn köməyi edirəm. İndi əsas hədəf Putinin axırına çıxmaqdır. Ümumiyyətlə, hadisələr Putinin fiziki məhvi ilə başa çatacaq”.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »