Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya ordusunun müharibə hazırlığına Rusiyadan cavab
Britaniya ordusunun müharibə hazırlığına Rusiyadan cavab

Ukraynada müharibə tam sürətlə davam edir. Dünya müharibənin yayılma ehtimalına qarşı hazır gözlədiyi bir vaxtda Rusiya dövlət televiziyasında xəbərdarlıq yayımlanıb. Kremlin nəzarətində olan kanal İngiltərənin müharibəyə cəlb olunacağı təqdirdə hədəfə alınacaq yerləri bir-bir açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Qərb və Rusiya Ukrayna müharibəsinə görə tarixlərinin ən gərgin dövrünü yaşayırlar. Belə ki, müharibə Ukraynanın şərq bölgələrində can almağa davam edərkən, İngiltərədən xəbərdarlıq gəlib. İngilis ordusunun ən yüksək səviyyəli zabitlərindən biri kimi göstərilən Pol Karni qoşunlara "Rusiya ilə müharibəyə hazır olun" xəbərdarlığını etdi.

Bu xəbərdarlıqdan 24 saat sonra isə Rusiyadan çox sərt bir cavab verilib. Belə ki, Rusiya dövlət televiziyasında Böyük Britaniya müharibəyə cəlb olunarsa, ölkədə hansı hədəflərinin vurulacağı ilə bağlı veriliş hazırlanıb.

İqor Korotçenko İqor Korotcenko

“Newsweek”də çıxan xəbərə görə, rusiyalı jurnalist İqor Korotçenko canlı yayımda bildirib ki, belə bir ssenaridə Rusiya hipersəs raketləri ilə İngiltərə hökumətinin qərargahı kimi tanınan “Whitehall” və Britaniya ordusunun qərargahını hədəfə ala bilər.

“Rusiya İngiltərə ilə müharibə istəmir. Ancaq Britaniya qoşunları Ukraynaya gəlsə və Rusiya silahlı qüvvələrinə qarşı müharibəyə başlasa, biz istənilən mümkün addımı atmaq hüququnu özümüzdə saxlayırıq”,- deyə Korotçenko bildirib.

Xatırladaq ki, daha əvvəl canlı yayımda Moskvanın nüvə hücumu xəritəsini dərc edən rusiyalı jurnalistlər belə bir vəziyyətdə London, Paris və Berlinin xəritədən 202 saniyə ərzində silinəcəyini açıqlamışdı.

Rusiyalı jurnalistlər belə bir hücum olacağı təqdirdə hədəfə alınan şəhərlərdə sağ qalanların olmayacağını vurğulayıblar.

Ukraynaya qarşı müharibə Rusiya ordusunun zəifliyini ortaya çıxarıb. Bu biabırçılıqdan sonra bəlli olub ki, Rusiya Britaniya kimi bir ölkəyə qarşı açıq savaşı çox sürətlə uduzar. Ona görə də belə situasiyalarda Rusiya hər dəfə nüvə silahını ortaya atır.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »