Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: "Ruslar Kiyevi vursalar, güclü cavab alacaqlar"
Zelenski: "Ruslar Kiyevi vursalar, güclü cavab alacaqlar"

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə və Ukraynanın digər şəhərlərinə mümkün raket hücumlarına cavab olaraq Ukraynanın nə edəcəyini deyib.

Bizimyol.info xəbər verir ki, Ukrayna mətbuatının verdiyi məlumat görə, Zelenski bunu Kiyevdə Polşa prezidenti Anjey Duda ilə birgə keçirdikləri mətbuat konfransında deyib.

Xüsusilə, prezidentdən Rusiyanın Kiyevə raket hücumlarını bərpa edəcəyi təqdirdə Ukraynanın necə reaksiya verəcəyi soruşulub. Prezident belə məsələlərin həm mürəkkəb, həm də sadə olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, beynəlxalq tərəfdaşlar tərəfindən mümkün təhlükələr barədə kifayət qədər ümumiləşdirilmiş məlumatlar mövcuddur.

"Kəşfiyyatımız partnyorlarımızla işləyir. Bu məlumata görə onlara minnətdarıq. Təhdid varmı? Bəli, təhdid var. Məncə, bu təhlükə gündəlikdir, artı buna öyrəşmişik. Altı aydır ki, bu coğrafi məkanda yaşadığımız üçün bütün ölkənin hər an hər yeri təhlükəli hesab oluna bilər. Əlavə məlumat varmı? Biz prioritetləri bilirik. İnfrastruktur obyektlərinə və ya dövlət qurumlarına zərbələr endirirlər. Amma ilk gündən, fevralın 24-dən bu hərəkətlərin o qədər də dəyişdiyini görmürəm. Rusiya bunu hər zaman edir”, - deyə Zelenski bildirib.

Prezident bildirib ki, Rusiya Federasiyası raket zərbələrinin sayını artıra bilər. Təcavüzkar bunu artıq avqustun 23 və 24-də edə bilər: “Kiyevə hücum edilsə, Ukrayna hakimiyyəti nə edəcək? İndi olan şey. Çünki bir prezident kimi mənim üçün və hər bir ukraynalı üçün Kiyevə, Çerniqova, Donbasa getmək eynidir, bizim bütün ukraynalılarımız orada yaşayır. Xarkov, Zaporojye... və cavab bu şəhərlərdəki kimi olacaq. Əgər bizi vursalar, cavab alacaqlar, güclü cavab alacaqlar. Buna əmin olsunlar”, - Zelenski vurğulayıb.

Dövlət başçısı vurğulayıb ki, bu cavab hər gün daha da artacaq, daha da güclənəcək.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »