Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranla nüvə razılaşmasında kritik hədd
İranla nüvə razılaşmasında kritik hədd

İran 2015-ci ildə bağlanmış nüvə sazişinin bəzi şərtlərindən, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) təhqiqatlarını dayandırmaqdan imtina edib.

Bizimyol.info xəbər verir ki, P5+1 ölkələri kimi tanınan ABŞ, Rusiya , Çin, Almaniya, İngiltərə və Fransa İranla nüvə sazişi imzalasa da, ABŞ-ın keçmiş prezidenti Donald Trampın sazişdən çıxması ilə proses dayanmışdı.

Reuters agentliyinə açıqlama verən yüksək rütbəli ABŞ rəsmisi məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyib. Lakin o bildirib ki, İran Vaşinqtonun güzəştə getdiyini desə də, özü bəzi mühüm tələblərdən imtina edib.

"Onlar keçən həftə bizimlə əlaqə yaratdılar və razılaşmanın əldə olunmasına mane olan şərtləri ləğv etdilər.

Biz düşünürük ki, onlar nəhayət ki, ABŞ prezidenti Baydenin qəbul edə biləcəyi sövdələşməyə qayıtmaq üçün düzgün addım atırlar. Əgər biz hazırda razılaşmaya bir addım yaxınlaşırıqsa, bunun səbəbi İranın addım atmasıdır. Onlar əvvəldən israr etdikləri bəzi məsələlərdən əl çəkdilər”,- deyə rəsmi bildirib.

Onun sözlərinə görə, İran artıq ABŞ-dan “İran İnqilab Keşikçiləri Korpusunun xarici terror təşkilatı kimi tanınmasını dayandırmaq” tələbindən böyük ölçüdə imtina edib.

“Biz heç bir halda bunu etməyəcəyimizi bildirdik. Onlar israr etdilər, amma təxminən bir ay əvvəl bu məsələdə sərt mövqelərindən əl çəkməyə başladılar və məsələni terror təşkilatı kimi saxladılar”,- deyə əlavə edib.

Rəsmi İranın MAQATE-nin uran izləri ilə bağlı apardığı araşdırmaları dayandıracağına dair təminat da istədiyini və İranla ABŞ arasında hələ də qət edilməli məsafələr olduğunu bildirib.

Onu da əlavə edək ki, razılaşmanın əldə olunub-olunmayacağının hələlik dəqiq olmadığını deyən rəsmi bunun “bir qədər də vaxt aparacağını” bildirib: "Hazırda İranın cavabını nəzərdən keçiririk və onlara ən qısa zamanda cavab verəcəyik. Bəli, razılaşsaq, sanksiyaların bir qismini ləğv edəcəyik, lakin İran da nüvə proqramını dayandırmış olacaq”.

Bildirilir ki, İran Xarici İşlər Nazirliyi məsələ ilə bağlı sualları cavablandırmayıb.

Xatırladaq ki, tərəflər 11 aylıq görüşdən sonra Vyanada razılığa çox yaxınlaşmışdılar, lakin danışıqlar İranın İran İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısından çıxarılmasında israrlı olması səbəbindən başa çatdı.

İran həmçinin heç bir ABŞ prezidentinin sazişdən əl çəkməyəcəyinə dair təminat istəyirdi. Bununla belə, prezident Baydenin belə bir qərar vermək səlahiyyəti yoxdur, çünki sövdələşmə hüquqi baxımdan məcburi deyil, siyasi kompromisdir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »