Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kredit qoyluşunun 77 faizindən çoxu Bakının payına düşür"
"Kredit qoyluşunun 77 faizindən çoxu Bakının payına düşür"

Statistika Komitəsinin məlumatına bu ilin ilk 7 ayında istehlak bazarında qiymətlər 13 faiz artıb. Eyni zamanda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,7 faizlik inflyasiya qeyd alınıb. Rəsmi statistikaya görə, ərzaq məhsullarının qiyməti inflyasiyaya görə, daha çox yüksəlib. Mütəxəssislərin fikrincə, 2022-ci ildə qlobal bazarlarda da yüksək inflyasiya müşahidə olunub. Avrozonada iyun ayının yekunlarında illik inflyasiya dərəcəsi 8.6 faiz olub. Avropa İttifaqında isə zonaya nisbətən daha yüksək qiymət artımları müşahidə olunur. Bu ilin birinci yarısının son ayında 9.6 faiz inflyasiya qeydə alınıb. Bu isə, son 40 ilin ən yüksək qiymət artımları səviyyəsidir.

Deputat, iqtisadçı Vüqar Bayramov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qlobal bazarda qiymət artdıqca Azərbaycan üçün də idxal inflyasiyası qaçılmaz olacaq. Onun sözlərinə görə, yerli istehsal hesabına idxal inflyasiyasını minimumlaşdırmaq olar.

Vüqar Bayramov Vüqar Bayramov

Deputat bildirib ki, ərzaq məhsullarının istehsalının artırılması üçün rayonlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanları artırılması lazımdır.

“Nazirlər Kabinetinin anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarların güzəştli kreditlərə çıxış imkanları artırılır. Eyni zamanda bu istiqamətə daha çox vəsaitin yönəldilməsi və eləcə də bank kreditlərinə çıxış imkanlarının artırılması üçün regionlar üçün girov mexanizminin təkmilləşdirilməsi vacibdir”,- deyə V.Bayramov qeyd edib.

Deputat qeyd edib ki, Mərkəzi Bankın məlumatına görə, bu ilin iyul ayında ölkə üzrə kredit portfeli 18 milyard 320 milyon manat olub. Kreditlərin 14 milyard 201 milyon manatı Bakı şəhərinin payına düşüb. Bu da o deməkdir ki, ümumi kredit qoyluşunun 77 faizindən çoxu yalnız Bakı şəhərinin payına düşür. 705 milyon manat kredit isə Abşeron-Xızı iqtisadi rayonun payına düşüb. Sözügedən iqtisadi rayon üzrə kreditləşməni nəzərə alsaq, verilən hər 100 manatlıq kreditin 81 manatı Bakı və Abşeronun payına düşür. Bütün regionlar isə bütövlükdə hər 100 manatlıq kreditin cəmi 19 manatına sahib ola bilirlər. Bu da ondan xəbər verir ki, bölgələrdə fəaliyyət göstərən və xüsusən ərzaq məhsulları istehsal edən sahibkarlar üçün daha əlçatan mexanizmlərin tətbiqinə ehtiyac var.

Vüqar Bayramov hesab edir ki, beynəlxalq maliyyə qurumlarının gözləntilərinə görə, qlobal istehlak bazarındakı disbalans növbəti illərdə də davam edəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »