Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizim Azərbaycanla ayrı-seçkiliyimiz yoxdur - Çavuşoğlu
Bizim Azərbaycanla ayrı-seçkiliyimiz yoxdur - Çavuşoğlu

"Xüsusi nümayəndələrimiz 4 dəfə görüşüblər. Xüsusi nümayəndələrimizin vəzifəsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin tədricən normallaşmasıdır".

Bizimyol.info xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu qatıldığı canlı yayımda deyib.

"Azərbaycanın qələbəsindən sonra biz Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün addımlar atırıq. Uçuşların başlaması və s. mühüm addımlar atıldı. Ticarətlə bağlı bəzi addımlar atılıb. Bizim həyata keçirdiyimiz bu prosesi Azərbaycanla Ermənistan arasındakı prosesdən müstəqil olaraq görmək real yanaşma deyil.

Cənubi Qafqazda daimi sülh yalnız Ermənistanla Azərbaycan arasında hərtərəfli və daimi sülh sazişi ilə əldə edilə bilər. Azərbaycan sülh müaviləsi təklif edib, Ermənistan cavab vermədi. Birgə sərhəd komissiyası yaradıldı. Bu işləri görmək lazımdır, Zəngəzur dəhlizi də var.

Mən bunları deyəndə Ermənistan narahat olur. Deyir ki, siz həqiqətən sülh istəyirsiniz, yoxsa yox? İşğal etdiyin Azərbaycan torpağı idi, azad edilib. Onlar özlərini elə aparırlar ki, guya Azərbaycan Ermənistanın torpaqlarını zəbt edib", - deyə nazir bildirib.

M.Çavuşoğlu qeyd edib ki, razılaşmaya görə, sülhməramlı qüvvələr əraziyə daxil olan kimi Ermənistan orusu tamamilə geri çəkiləcəkdi: "Amma üçtərəfli bəyanatın imzalanmasından iki il keçib və hələ də orada erməni əsgərləri var. Azərbaycan Laçına paralel yol çəkib və sülhməramlılar buradan keçəcək. Bu yaşayış məntəqələrindən geri çəkilərkən Azərbaycanın haqlı müdaxiləsi oldu, bu yerləri erməni əsgərləri yandırıb məhv edirlər",- nazir bildirib.

"Ermənistanla normallaşmaqda bizim səmimiyyətimizi hamı görə bilər, amma Ermənistan da bilməli və təəccüblənməməlidir. Bizim Azərbaycanla ayrı-seçkiliyimiz var, yox? Bunu birdəfəlik qəbul edin. Bizim xoş niyyətimizə də şübhə yoxdur. Biz sülh istəyirik", - deyə Çavuşoğlu bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »