Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynalı səfir: "Rusları daha çox öldürmək lazımdır" - Video
Ukraynalı səfir: "Rusları daha çox öldürmək lazımdır" - Video

Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyində nazir müavini Yermuxambet Konuspayev Ukraynanın Qazaxıstandakı səfiri Petr Vrublevski ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Görüş zamanı səfirə bu il avqustun 21-də qazaxıstanlı bloger Dias Kuzairovla müsahibəsində verdiyi açıqlamalarla bağlı etiraz bildirilib”, - məlumatda deyilir.

Qazaxıstan tərəfi bu cür bəyanatların qəbuledilməzliyi və xarici dövlətin səfirinin fəaliyyəti ilə bir araya sığmaması ilə bağlı mövqe bildirib. Bu cür hərəkətlər dövlətlər arasında dostluq münasibətlərinə xələl gətirməməlidir.

Bundan əvvəl Qazaxıstan Xalqları Assambleyası Ukrayna səfirinin bəyanatlarını pisləyib.

Xatırladaq ki, ötən gün ukraynalı diplomat Petr Vrublevski dil patrulları təşkilatçısı Dias Kuzairovla müsahibəsində demişdi ki, “indi rusları nə qədər çox öldürsək, uşaqlarımız bir o qədər az öldürməli olacaq”.

Rusiya Federasiyasının İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Komitə Ukraynanın Qazaxıstandakı səlahiyyətli səfiri Petr Vrublevskinin rusların qətli ilə bağlı açıqlamalarını araşdıracaq: “Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin başlanmış cinayət işləri çərçivəsində mərkəzi aparatın müstəntiqlərinə rusları qətlə yetirməyə açıq çağırış edən şəxsin ifadələrinə hüquqi qiymət verməyi tapşırıb”, - deyə hesabatda bildirilir.

“İstintaq videodakı bütün iştirakçıların şəxsiyyətinin müəyyən edilməsinə, habelə onların Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularına qarşı artıq törədilmiş cinayətlərdə iştirakının yoxlanılmasına yönəlmiş bir sıra tədbirlər həyata keçirəcək”, - deyə İstintaq Komitəsinin bəyanatında qeyd edilib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »