Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquq müdafiəçiləri İranda edam dalğasının olduğunu bildirir
Hüquq müdafiəçiləri İranda edam dalğasının olduğunu bildirir

Müxtəlif insan haqları qrupları İranda edam dalğasının olduğunu bildirir. Təkcə iyulun son həftəsində orada 32 nəfər, o cümlədən ərini öldürməkdə ittiham olunan üç qadın edam cəzasına məhkum edilib.

Bizimyol.info BBC -yə istinadla xəbər verir ki, ABŞ-da yerləşən İran insan haqları təşkilatı Abdorrahman Boroumand Center-in icraçı direktoru Röya Borumand bildirib ki, "İranda qətlə görə həbs müddəti yoxdur. Ya əfv olunur, ya da edam olunur"...

Bəzi digər ölkələr İrandan daha çox ölüm hökmü çıxarır. Lakin Beynəlxalq Amnistiya Təşkilatına görə, başqa heç bir yerdə bu qədər qadın edam edilmir.

Bəs İran niyə qadınları edam edir?

Abdorrahman Boroumand Mərkəzinin məlumatına görə, ötən həftə edam edilən üç qadından əlavə, bu ilin ilk altı ayında daha altı qadın edam edilib.

İranda ölüm hökmlərinin böyük əksəriyyəti kişilər tərəfindən verilir. Bununla belə, son illərdə edam edilən qadınların sayı artmaqdadır. Abdorrahman Boroumand Mərkəzi 2000-ci ildən bəri qadınlarla bağlı 233 ölüm hökmü qeydə alıb.

Mərkəzdən verilən məlumata görə, bu qadınlardan 106-sı qətl, 96-sı isə narkotiklərlə bağlı cinayətlərə görə edam edilib. Daha bir neçə qadın zina ittihamı ilə ölüm cəzasına məhkum edilib.

Hüquq müdafiə mərkəzi əməkdaşlarının sözlərinə görə, bu halların cəmi 15 faizi rəsmi şəkildə açıqlanıb.

Hüquq müdafiəçiləri ölüm hökmlərinin kifayət qədər çoxluğunu qanunvericiliklə əlaqələndirirlər.

“Dövlət ölüm hökmünü yüngülləşdirə bilməz, bağışlanma qərarı qurbanın ailəsindən gəlməlidir”,- deyə qeyd edilir.

Qeyd edilir ki, İranın məhkəmə sistemi qadınlara qarşı ayrı-seçkilik edir. Hüquq müdafiəçilərinin sözlərinə görə, qızlar üçün cinayət məsuliyyəti yaşı 9, oğlanlar üçün 15 yaş müəyyən edilib. Qadınların ifadəsinə isə həmişə kişilərin sözlərindən daha az hüquqi əhəmiyyət verilir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »