Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğurladığı sərvəti kasıblarla bölüşən şəxs yaxalanıb
Oğurladığı sərvəti kasıblarla bölüşən şəxs yaxalanıb

Hindistan polisi 25 nəfərlik dəstə ilə quldurluq hücumları ilə məşğul olan və qənimətin bir hissəsini yoxsullarla bölüşən dehlili “Robin Hud” ləqəbli cinayətkarı həbs edib.

Bizimyol.info BBC-yə istinadla xəbər verir ki, Vaşim Əkrəm və onun əlaltıları zəngin evləri qarət edib, nağd pul və zinət əşyaları götürüb, qənimətin bir hissəsini yoxsullara verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatına görə, Vaşim Əkrəm adam öldürməyə cəhd və zorlama da daxil olmaqla 160 cinayət törədib. 27 yaşlı cinayətkarı tutmaq üçün polisə 4 ay lazım olub. O, silahdaşlarından biri ilə görüşmək üçün Dehlidə dəmiryol vağzallarından birinin yaxınlığında olduğu zaman saxlanılıb.

“Vaşim Əkrəm Hindistanın müxtəlif ştatlarında hüquq-mühafizə orqanlarının əməkdaşlarından gizlənərək gizləndiyi yeri dəfələrlə dəyişib. Əkrəmin dəstəsi kasıblara kömək etdiyi üçün o, polisin hərəkətləri barədə ona məlumat verən və təqiblərdən yayınmasına kömək edən yerli sakinlərdən dəstək alırdı”,- deyə polisin açıqlamasında bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl Nyu-York Bronks sakini, həyat yoldaşlarının dəfn mərasimində olarkən yas tutan insanların evlərini qarət edib.

2017-2018-ci illərdə 30 yaşlı Latoniya Stüart Vestçester qraflığında altı evi qarət edib. Qadın internetdə nekroloqlar axtarıb, sonra isə qurbanların evlərinə gəlib. Onlar yas mərasimində olarkən Stüart şüşə pəncərələri və ya qapıları sındırıb. Evlərdən zinət əşyaları, saatlar, gümüş məmulatlar və digər əşyalar aparıb.

Qadın 2018-ci il mayın 1-də Qrinburq polisi onu qarət edilmiş evlərdən birini tərk edərkən gördüyü zaman həbs edilib. Həbs zamanı onun üzərində zinət əşyaları, smartfonunda isə nekroloqların yer aldığı sayt tapılıb.

Cinayətkar qadını 15 ilə qədər həbs cəzası gözləyir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »