Əvvəlcə insan Aya getməyi arzulayırdı. Bu həyata keçirildikdən sonra yeni arzu yarandı. U dəfə hədəfdə Mars idi. NASA Marsa getmək istəyənlər üçün kriteriyalar açıqlayıb.
Bizimyol.info xəbər verir ki, NASA administratoru Jim Bridenstine öz “Tvitter” hesabında qeyd edib ki, Beynəlxalq Kosmik Stansiyada 20 illik fasiləsiz işi qeyd edirik və 2024-cü ildə ilk qadını və növbəti kişini Aya göndərməyə hazırlaşırıq.
" Biz bütün ixtisaslı amerikalıları müraciət etməyə dəvət edirik",- deyə o qeyd edib.
Qeyd edək ki, NASA-nın tələblərinə görə, elm, riyaziyyat və ya mühəndislik üzrə magistr dərəcəsi olanlar şanslıdır. Həm də sınaq pilotu olmaq və ya tibb üzrə diploma sahib olmaq da kifayət edir.
Müraciətləri qəbul edilənlər 2 saatlıq onlayn imtahandan keçəcəklər. Qeyd edək ki, son astronavt seçkilərində 18 min müraciət arasından 11 nəfər seçilib. Onu da bildirək ki, müraciət edən zaman bilməlisiniz ki, asan rəqibləriniz olmayacaq.
Çünki uzun illər pilot olan çoxlu namizədlər, Harvard məzunları müraciət edir. NASA astronavt namizədlərini müəyyənləşdirdikdən sonra onlara 2 illik təlim keçməyi planlaşdırır. Təlimdə iştirak edənlər NASA-nın sualtı neytral üzmə qabiliyyəti laboratoriyasında dərs alacaq və həmçinin robot texnikası üzərində işləyəcəklər.
Namizədlər pilotluğu öyrənmək üçün T-38 təyyarəsindən istifadə edəcəklər. Həmçinin Kosmik Stansiya sistemləri ilə tanış olacaqlar. Eyni zamanda astronavtlar Artemida Kosmik Proqramı üçün də təlim keçəcək.
NASA bu təlimlər zamanı 500-ə yaxın insanı işlə təmin edəcək. Bu komanda daha əvvəl kosmos tədqiqatlarında çalışmış təcrübəli insanlardan ibarətdir.
Marsa gedəcək insanların alacağı maaş da kifayət böyük bir məbləğdir. Təhsilinizdən və təcrübənizdən asılı olaraq əmək haqqı 53 800-70 000 dollar arasında dəyişir.
İlahin, Bizimyol.info