Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Turistin Krımdan paylaşımı Rusiya ordusuna baha başa gəlib
Turistin Krımdan paylaşımı Rusiya ordusuna baha başa gəlib

Rusiya və Ukrayna arasında qanlı toqquşmalar davam edərkən, Krım müharibənin yeni cəbhəsi kimi görünür.

Müharibənin ilk günündən ölkənin paytaxtı Kiyevi əsas hədəf seçən Rusiya ordusu həftələrlə mühasirə və ardıcıl hücum cəhdlərindən sonra bölgədən geri çəkilərək istiqamətini ölkənin şərqinə çevirib. Bu çərçivədə Rusiya bu bölgənin bir çox şəhərini hədəfə alaraq “Donbasdakı son qala” kimi də tanınan Lisiçansk üzərində nəzarətini təmin edib.

Donetsk bölgəsində qarşıdurmalar şiddətlənərkən, döyüş Krıma da sirayət edib. Çünki Ukrayna 2014-cü ildə Rusiyanın nəzarətinə keçən bölgədə pilotsuz təyyarələr və raketlərlə silsilə hücumlar həyata keçirib.

Ukrayna bölgədəki Rusiya hədəflərini vurduqdan günlər sonra maraqlı məlumat ortaya çıxıb. Ukraynanın həmin hədəfləri necə vurduğu ilə bağlı məlumat ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Belə ki, İngiltərənin “Daily Mail” qəzetində yer alan xəbərə görə, Ukrayna Müdafiə Nazirliyi Krımda Rusiya hava hücumundan müdafiə sistemlərinin yerlərini tətildə olan bir Rusiya turistinin paylaşımlardan müəyyən edib.

Məlumata görə, nazirlik S-400 sistemləri qarşısında şəkil çəkdirən turistin fotolarını dərc edərək, adı açıqlanmayan şəxsin məkan məlumatı da daxil olmaqla, bu şəkli sosial mediada paylaşdığını bildirib.

Ukraynanın Krımda Rusiya bazasına hücumu Ukraynanın Krımda Rusiya bazasına hücumundan sonra peyk görüntüsü

Daha əvvəl bölgədəki turistlərə “evə get” çağırışı edən nazirlik sözügedən turistə xüsusi təşəkkür də edib.

Naməlum turistin bu paylaşımı Rusiyada da böyük əks-səda doğurub. Bir çox sosial media istifadəçisi kişinin bu fotonu məkan məlumatı ilə paylaşmasını “axmaqlıq” kimi şərh edib.

Xatırladaq ki, müharibənin Krımda başladığını vurğulayan Zelenski “müharibə Krımın azad edilməsi ilə bitməlidir” deyə çıxışlarından birində bildirib.

Onu da əlavə edək ki, Zelenski bundan əvvəl də bu mövzuda fərqli açıqlamalar verib. Ukrayna lideri Rusiyanın ölkəni işğal etməyə başladığı fevralın 24 tarixindən əvvəlki mövqelərə çəkiləcəyi təqdirdə atəşkəsi qəbul edəcəklərini bildirib və Krımın Ukraynaya qaytarılmasını sülh şərtləri sırasına daxil etməyib.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib ki, sülh razılaşmasının əldə olunması üçün Ukrayna “neytral” və “qeyri-nüvə” statusuna malik olmalıdır. Rudenko Moskvanın Kiyevdən aydın cavab gözlədiyini də vurğulayıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »