Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Türkiyəyə hədə məktubu göndərib, Ankara cavab verməyib
ABŞ Türkiyəyə hədə məktubu göndərib, Ankara cavab verməyib

Rusiyanın Ukraynaya müdaxiləsi ilə Moskva rəhbərliyinə qarşı sanksiyalar artsa da, hər fürsətdə müharibəyə qarşı olduğunu bildirən və Ukraynaya pilotsuz təyyarə dəstəyi verməsinə baxmayaraq, Qərbin sanksiyalarına qatılmayan Ankaranın mövqeyi Qərbi narazı salmağa davam edir.

Bizimyol.info xəbər verir ki, ötən həftə ABŞ maliyyə nazirinin müavini Uol Adeyemonun türkiyəli həmkarı ilə görüşdüyü və "Rusiyanın Türkiyə vasitəsilə sanksiyalardan yan keçməyə çalışa biləcəyi” ilə bağlı xəbərdarlıq etdiyi açıqlanıb. Ancaq bu açıqlamadan günlər sonra Adeyemonun Türkiyəyə yazılı şəkildə xəbərdarlıq etdiyi və TÜSİAD-a məktub göndərdiyi üzə çıxıb.

Bu iddia ABŞ-ın nüfuzlu qəzetlərindən biri olan “Wall Street Journal” tərəfindən irəli sürülüb. Qəzet yazır ki, “ABŞ Türkiyə şirkətlərinə sanksiyaya məruz qalan Rusiya vətəndaşları ilə işləməmələri barədə xəbərdarlıq edib və ABŞ Maliyyə Nazirliyi Moskva ilə güclü əlaqələri olan NATO müttəfiqinə təzyiq göstərməkdə davam edir”.

Xəbərdə bildirilir ki, ABŞ Maliyyə Nazirliyinin avqustun 22-də imzaladığı məktubda “Türkiyə şirkətləri sanksiyaya məruz qalan Rusiya vətəndaşları ilə iş görməyə davam edərsə, ABŞ sanksiyalar tətbiq edə bilər”,- deyə qeyd olunub.

"ABŞ sanksiyalarına məruz qalan şəxslərə və təşkilatlara dəstək göstərən hər kəs sanksiyalara məruz qalır. Türkiyə bankları ABŞ bankları ilə olduğu kimi sanksiyaya məruz qalan Rusiya bankları ilə də münasibət qura bilməz.

Bilin ki, sanksiyaya məruz qalan Rusiya qurumları və təşkilatları Türkiyənin maliyyə qurumlarını və bizneslərini sanksiya riskinə məruz qoyur”,- deyə məktubda yazılıb.

“Wall Street Journal” bu məktubla bağlı Ankaraya sorğu göndərdiyini, lakin Türkiyə Xarici İşlər Nazirliyindən heç bir cavab gəlmədiyini yazır.

Qeyd edək ki, Türkiyə və Rusiya son vaxtlar yaxınlaşmaqda davam edir. Belə ki, Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin ötən həftələrdə bir araya gəlib və bir sıra iqtisadi əməkdaşlıq addımları atılıb.

Onu da əlavə edək ki, Türkiyə Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda iştirak etməyən yeganə NATO ölkəsidir.

Qeyd edək ki, Türkiyənin sanksiya məsələlərində ABŞ-la yanaşı dayanmaqdan imtina etməsi haqlı addımdır. Çünki Türkiyənin özü hazırda Qərbin bir sıra ədalətsiz sanksiyalarına məruz qalmaqdadır. Ankara dəfələrlə Qərbdən özünə qarşı xəyanətkar zərbələr aldığına görə Rusiya ilə münasibətlərinin korlanmasına yol vermir.

Həmçinin hazırda Rusiya ən çox qazancı da məhz Averopa Birliyi ölkələrinə satdığı neftvə qazdan əldə edir. Müəyyən mənada hələ də Rusiya ordusunu ABŞ və müttəfiqləri maliyyələşdirir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »