Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu postuna dönür: İsraillilərə telefon nömrəsini verdi - Video
Netanyahu postuna dönür: İsraillilərə telefon nömrəsini verdi - Video

Müxalifət lideri və Likud partiyasının rəhbəri Benyamin Netanyahu dünən bir video yayımladı və tərəfdarlarının ona zəng edə və danışa biləcəyi telefon nömrəsini açıqladı.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat verib.

Qeyd edilir ki, daha sonra Likudda deyildiyi kimi, Netanyahu videonun dərcindən sonra 30 dəqiqə ərzində 9420 zəng alıb.

Videoda Netanyahu keçən il smartfon aldıqdan sonra “tamamilə yeni bir dünya kəşf etdiyini” iddia edir. O qeyd edib ki, hər bir İsrail vətəndaşının əlçatan olması üçün telefon nömrəsini dərc etmək barədə onun fəaliyyət proqramına təsir edəcək "əhəmiyyətli qərar" verib.

Netanyahu videoda: “Mənə zəng edin, bəzilərinizlə video bağlantısı vasitəsilə danışacağam”, - deyə bildirib.

Müxalifət lideri ilə çəkilən video dərhal İsrailin digər partiyaları tərəfindən tənqid edilib.

Ruach Sionit satirik video yayımlayıb və Netanyahunun əvvəllər həll edəcəyinə söz verdiyi məhkəmə islahatları və digər problemlərlə bağlı suallara cavab vermədiyini bildirib.

Yesh Atid partiyası da məsələyə reaksiya verib: "Netanyahunun köməkçiləri tərəfindən istifadə edilən heç bir uydurma telefon onun 15 il ərzində İsrailin hər bir parçasına cinayətkarcasına etinasızlıq göstərdiyini gizlətmir".

73 yaşlı siyasətçi 2009-2021-ci illərdə İsrailin doqquzuncu - ən çox hakimiyyətdə qalmağı bacaran baş naziri olub. Ötən il 13 iyul seçkilərində məğlubiyyətə uğradıqdan sonra partiyası müxalifət mövqeyinə keçib. Hakimiyyətdən uzaqlaşdırıldığı bir il ərzində ölkədə iki baş nazir dəyişikliyinin baş verməsində Benyamin Netanyahunun da "az əməyi" olduğunu söyləmək olmaz. İsrailli politoloqlar hesab edirlər ki, o, "sürətlə keçmiş postuna qayıdır".

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »