Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ Ukraynaya bəzi növ silahları gizli verib"
"ABŞ Ukraynaya bəzi növ silahları gizli verib"

ABŞ hakimiyyəti hərbi yardım çərçivəsində Kiyevə müəyyən növ silahların təhvil verilməsi barədə açıq məlumat verməmiş ola bilər.

Bizimyol.info xəbər verir ki, bu fərziyyə ilə bazar ertəsi "Politico" qəzeti çıxış edib.

“Vaşinqtonda ABŞ administrasiyasının Kiyevə rəsmən bildirdiyindən daha çox silah verdiyi barədə şayiələr yayılıb”, - nəşrin saytındakı məqalədə deyilir. Xüsusilə, qəzetin qeyd etdiyi kimi, keçən cümə günü yüksək səviyyəli Pentaqonun nümayəndəsi brifinqdə ABŞ-ın bir müddətdir Ukraynaya "HARM" anti-radar raketlərini reklam etmədən ötürdüyünü etiraf edib. “Biz ilk dəfə "HARM" raketlərinin tədarükünü müvafiq rəsmi açıqlamada elan edəndə bunun xüsusi silah olması barədə məlumat verilməsini məqbul görməmişdik. Biz bunu anti-radar imkanlarının təmin edilməsi kimi təsvir etdik”, - deyə rəsmi bildirib.

Daha sonra "Yahoo News" portalı da ABŞ-ın ATACMS idarə olunan taktiki ballistik raketləri Ukraynaya köndərdiyini iddia edib. Politico xatırladır: “Bunun doğru olub-olmadığı aydın deyil, amma doğrudursa, bu, administrasiyanın açıq şəkildə bəyan etdiyi mövqe ilə ziddiyyət təşkil edir”,- deyə nəşr qeyd edir.

Bundan əlavə, mənbələr "Politico"ya bildiriblər ki, Kiyevə keçən həftənin sonunda elan edilən yeni hərbi yardım paketinə Excalibur idarəolunan artilleriya mərmiləri də daxildir. Onlar həmçinin Pentaqonun yeni tranş çərçivəsində Ukraynaya tədarük edilən silahların siyahısını təqdim edən rəsmi bəyanatında ayrıca yer almayıblar. Bundan əlavə, “Politico” ABŞ administrasiyasının Kiyevə daha bir yardım paketinin ayrılması ilə bağlı Konqresə təqdim etdiyi rəsmi bildirişlə tanış ola bilib. Qəzetin yazdığına görə, bu sənəddə qeyd olunur ki, Vaşinqtonun Ukraynanı silahlarla təmin etməsi siyahıda sadalananlarla “məhdudlaşmır”.

“Biz etiraf edirik ki, bütün bunlar fərziyyədir, ABŞ administrasiyasında heç kim Ukraynaya gizli silah tədarükünün mövcudluğunu təsdiqləməyib, hətta ona işarə də etməyib. Əgər deyilənlər olsaydı belə, çətin ki, ABŞ hakimiyyəti bu məxfi qərar barədə bizə məlumat verərdi”,- nəşr yekunlaşdırıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »