İtaliyada abort 1978-ci ildə referendum yolu ilə qanuniləşdirilib. Faşist diktator Benito Mussolini tərəfindən italyan irqinə qarşı cinayət hesab edilən açıq qadağa ləğv edilib.
2020-ci ilin məlumatlarına görə, əxlaqi səbəblərə görə hamiləliyi dayandırmaqdan imtina edən ginekoloqlar 64,6 faizlə çoxluq təşkil edir.
Bu isə qadınların hələ də təhlükəsiz prosedurlara daxil olmaqda böyük çətinliklərlə üzləşməsi deməkdir.
Bizimyol.info “The Guardian”a istinadla xəbər verir ki, İtaliyanın bir sıra bölgələrindəki mühafizəkar liderlik son illərdə aborta mane olmağa başlayıb.
Xüsusən də 2020-ci ilin sentyabr ayından İtaliya Qardaşları bu prosedura qarşı çıxırlar. Baş nazir olmağa ümid edən partiya sədri Giorgia Meloni, bu yaxınlarda 1978-ci ildə qəbul edilmiş qanunun ləğvinin onun gündəmində olmadığını deyərək, abortu “məğlubiyyət” kimi qiymətləndirib.
İtaliya Qardaşlarının əsas məqsədi səhiyyə nazirliyinin ötən il tətbiq etdiyi, abort həbini təkcə xəstəxanalara deyil, səhiyyə klinikalarına da verməyə icazə verən tədbiri tətbiq etməmək idi.
Milli siyasət tibbi abortların hamiləliyin doqquz həftəsinə qədər həyata keçirilə biləcəyini nəzərdə tutsa, İtaliyanın əksər bölgələrində bu 7 həftədir.
Qanuna görə, qadın aborta icazə verən tibbi arayış aldıqdan sonra prosedurun həyata keçirilməsindən bir həftə əvvəl düşünməlidir.
"Bəzən bir qadın beşinci və ya altıncı həftəyə qədər hamilə olduğunu bilmir. Bu zaman isə, abort etdirmək mümkünsüzləşir. İndi abort hüquqlarının pozulması artıq siyasi mövzudur ",- deyə siyasətçi Manuela Bora bildirib.
Xatırladaq ki, İtaliyada hazırda abor qiyməti 200 avrodur. Özəl xəstəxanalrda isə bu prosedur 1500 avroya başa gəlir.
Siaysətçilərin fikrincə, İtaliyada hakimiyyət dəyişikliyi olarsa, ilk öncə abortla bağlı qanun təkmilləşdiriləcək. İctimaiyyət isə abortun azad prosedur olmasını tələb edir.
İlahin, Bizimyol.info