Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yermak: "Beynəlxalq tərəfdaşların Ukraynaya hərbi dəstəyi azalmır, əksinə, artır"
Yermak: "Beynəlxalq tərəfdaşların Ukraynaya hərbi dəstəyi azalmır, əksinə, artır"

"Beynəlxalq tərəfdaşların Ukraynaya hərbi dəstəyi azalmır, əksinə, artır".

APA xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak mətbuat konfransında deyib.

"Şaiyələrə inanmayın. Bu (silah tədarükü sürətinin azalması – red.) doğru deyil. Biz tərəfdaşlarımızdan hərbi dəstək almağa davam edirik. Bu azalmır, əksinə artır. Bu, çox həssas mövzudur, ona görə də, bunu Silahlı Qüvvələrimizin nəticələri və qələbələri ilə göstərmək lazımdır", - Yermak bildirib.

O qeyd edib ki, bu gün Estoniya, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya və Macarıstanın dövlət və hökumət başçılarının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə görüşdə Ukraynanın əlavə silahlarla təmin olunması mövzusu müzakirə olunub. Prezident Aparatının rəhbəri vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin lazımi hər şeylə təmin edilməsi kontekstində gələcək əməkdaşlıq üçün tərəfdaşlardan tam dəstək alınıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »