Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Darya Duqina və Navalnı qəsdlərini birləşdirən oxşarlıq təsadüfdürmü...
Darya Duqina və Navalnı qəsdlərini birləşdirən oxşarlıq təsadüfdürmü...

Rusiya artıq 3 gündür Moskva vilayətində baş verən sui-qəsddən danışır. Rusiyalı politoloq Aleksandr Duqinin qızı Darya Duqina şənbə günü gecə Moskva vilayətində əyləşdiyi avtomobilin partlaması nəticəsində dünyasını dəyişib. “Ukrayna işğalının mənəvi atası” olaraq xarakterizə edilən Duqinin avtomobildə olmaması və maşının ona məxsus olması sui-qəsd ehtimalını ağla gətirib. Rusiya İstintaq Komitəsinin verdiyi açıqlama ilə hadisənin qəza ehtimalı  olması aradan qalxıb.

İstintaq Komitəsi açıqlamasında bunları bildirib: “İstintaqın məlumatına görə, avqustun 20-də saat 21:00 radələrində Moskvanın "Bolşye Vyazyomı" rayonu yaxınlığında avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb, daha sonra avtomobil partlayaraq alovlanıb. Avtomobili idarə edən qadın hadisə yerində dünyasını dəyişib. Ölən qadının jurnalist və politoloq Darya Duqina olduğu müəyyən edilib”.

Sui-qəsddən saatlar sonra müxalifətçi kimliyi ilə tanınan keçmiş rusiyalı deputatdan olduqca skandal iddia gündəmə gəlib. Deputat İlya Ponomaryov hücumun arxasındakı adı açıqlayıb: “Bu aksiya (Duqinanı öldürmək) “Milli Respublika Ordusu” tərəfindən həyata keçirilib”.

Ukrayna mətbuatı “Pravda” isə “Milli Respublika Ordusu”nun etdiyi terror barədə açıqlama yayıb. Açıqlamada deyilir: “Rusiya xalqları müharibəni qızışdıranları, quldurları və zülmkarları rədd edir!”

Ukraynada yayımlanan televiziya proqramında sui-qəsdlə bağlı açıqlamalar verən Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixail Podolyak deyib ki, Ukraynanın Darya Duqinin ölümü ilə heç bir əlaqəsi yoxdur.

Aleksey Navalnı, Vladimir Putin Aleksey Navalnı, Vladimir Putin

Duqin Rusiyanın Ukraynaya təcavüzünün memarı və ya “mənəvi atası” kimi göstərilir. İfrat millətçi rus yazıçısı və ideoloqu Duqinin Rusiya prezidenti Vladimir Putinə əhəmiyyətli təsir göstərdiyi iddia edilir və onu tez-tez “Putin beyni” adlandırırlar.

“Gizli həqiqətlər xırda detallarda gizlidir” təfəkkürü ilə məsələyə yanaşsaq, bir neçə il öncə Rusiyanın tanınmış müxalifətçisi Aleksey Navalnıya qarşı həyata keçirilmiş sui-qəsd cəhdinin növbəti il dönümündə, yəni 20 avqustda Putinin “beyni” kimi tanınan Aleksandr Duqinə, daha doğrusu onun qızına qarşı edilən bu terror heç də təsadüf kimi görsənmir. Eyni tarixdə baş vermiş iki sui-qəsdin bir-birilə ilə oxşar yönləri çox güman ki, təkcə tarixi bənzərlikləri deyil. Navalnı sui-qəsdinin baş verdiyi tarixdə Aleksandr Duqinə qarşı planlanan, lakin qızının ölümü ilə nəticələnən bu terror aktında müəyyən bir qruplaşmanın adı çəkilsə də, peşəkarca hazırlanmış bu sui-qəsd əməliyyatında Qərb kəşfiyyat dairələrinin və müxalifətçi çeçen qruplaşmaların barmağının olduğu istisna edilmir.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »