Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 112 nəfər müalicə olunaraq sağalıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 8 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 808 713 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 222 nəfər müalicə olunaraq sağalıb, 9 793 nəfər vəfat edib, aktiv xəstə sayı 3 698 nəfərdir.

Son sutka ərzində ölkədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 280, hazırkı dövrədək isə 7 122 716 test aparılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »