Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ prezidenti Co Baydenə bəd xəbər...
ABŞ prezidenti Co Baydenə bəd xəbər...

ABŞ prezidenti Co Bayden üçün daha bir pis xəbər NBC kanalından gəlib. 2024-cü ildə yenidən namizəd olmaq istəyən Baydeni çox çətin vəziyyətə salan son rəqəmlər açıqlanıb.

Bizimyol.info xəbər verir ki, NBC-nin sorğusuna əsasən, amerikalıların 74 faizi ölkənin yanlış yolda olduğunu düşünür. Başqa sözlə, hər 4 amerikalıdan 3-ü ölkənin idarə olunmasından narazıdır. Bu məsələ ilə bağlı razılığını bildirənlərin nisbəti 21 faiz olaraq qalıb.

Eyni sorğunun nəticələrinə görə, respondentlərin 58 faizi ABŞ-ın “yaxşı günlər”inin geridə qalmasından qorxur. Yəni iştirakçıların yarıdan çoxu ölkədə durumun gündən-günə daha da pisləşəcəyindən narahatdır.

ABŞ-ın aparıcı qəzetlərindən biri olan New York Times (NYT) bu yaxınlarda yazıb ki, demokratların böyük əksəriyyəti Baydenin ikinci müddətə namizəd olmasının tərəfdarı deyil.

Ümummilli sorğunun nəticələrinə görə, demokrat seçicilərin 64 faizi 2024-cü il prezident seçkilərində yeni namizədə üstünlük verdiklərini bildirib.

Eyni xəbərə görə, demokrat seçicilərin yalnız 36 faizi, yəni üçdə biri yenidən seçilmək istəyən Baydeni dəstəkləyir.

ABŞ seçicilərinin yalnız 13 faizi dövlətin düzgün yolda olduğunu düşünür. Qeydiyyata alınmış seçicilərin dörddə üçündən çoxu ABŞ-ın yanlış istiqamətdə getdiyini bildirir. Bunun əsas səbəbi kimi iqtisadiyyat və inflyasiya ilə bağlı geniş yayılmış narahatlıq göstərilir.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının prezidentləri qanunla maksimum iki müddət üşün seçilə bilər. Demokratlar və ya Respublikaçılar Partiyasından seçkidə qalib gələn namizəd adətən, ikinci müddətdə həmin partiyanın namizədi olur.

Oxşar yolu gedən Bayden 2024-cü il seçkilərində Demokratlar Partiyasının namizədi olacaq. Lakin seçki dövründə Baydenin 82 yaşının olması da partiyanı düşündürən məqamdır.

Bildirilir ki, Baydenin yerinə vitse-prezident Harrisin namizədliyi irəli sürülə bilər. Ancaq hələlik mövzu ilə bağlı rəsmi açıqlama yoxdur.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »