Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynalılara xəbərdarlıq edildi: “Yaxın günlərdə təhlükə gözlənilir”
Ukraynalılara xəbərdarlıq edildi: “Yaxın günlərdə təhlükə gözlənilir”

“Avqustun 23-25-i ərzində Ukrayna Rusiyanın kütləvi zərbələri ilə təhdid edilə bilər. O, raket sistemlərini və aviasiya qüvvələrini sərhəd yaxınlığında cəmləşdirib”.

Bizimyol.info xəbər verir ki, bu sözləri hərbi müşahidəçi Denis Popoviç Ukraynanın Kanal 24 kanalının efirində deyib.

"Görünür, həqiqətən də Müstəqillik bayramlarına təxribatlar hazırlanır və biz buna hazır olmalıyıq. Biz 23-25 avqusta hazırlaşırıq, çünki genişmiqyaslı təcavüzün başlanmasından altı ay keçib və qarşıdan Ukraynanın müstəqillik günü gəlir”,- deyə Popoviç bildirib.

Popoviç Rusiyanın Ukrayna ilə həmsərhəd 3 rayonda hava məkanını bağlamasına da münasibət bildirib. Onun fikrincə, bu, Rusiyanın aviasiya qüvvələrindən istifadə etməyə hazır olduğunu göstərir.

"Bunun nə üçün edildiyi ilə bağlı bir neçə versiya var. Ola bilər ki, bunun səbəbi raket hücumlarına hazırlıq və Ukrayna ərazisinə mümkün hava zərbələridir",- deyə analitik izah edib.

O, ilkin məlumatları da açıqlayıb: “Rusiya Federasiyasının sərhədi boyunca 430-a yaxın döyüş təyyarəsi və 300-dən çox helikopter səpələnib. Bu, həmçinin Ukrayna ərazisinə mümkün raket zərbələrinin endirilməsinə yönəldilə bilər. Qara dənizdə "Kalibr" daşıyıcıları və Belarusda cəmləşən raket sistemləri də var".

Qeyd edək ki, daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski xəbərdarlıq etmişdi ki, gələn həftə Rusiya  “xüsusilə qəddar” addıma cəhd edə bilər.

Onu da əlavə edək ki, bu yaxınlarda ukraynalılara 23-24 avqust tarixlərində Rusiya Federasiyasından yüksək raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Milli Təhlükəsizlik və Müdafiə Şurası da Rusiyanın  Müstəqillik Günü və Zelenskiyə qarşı təxribatlar hazırladığını bəyan edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »