Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rollar dəyişib: “Putin geriyə addım atmağa məcbur olub”
Rollar dəyişib: “Putin geriyə addım atmağa məcbur olub”

Dünyanın gözü və qulağı Ukraynadan gələn xəbərlərdədir. Bu arada müharibə ilə bağkl ABŞ-dan maraqlı açıqlama gəlib.

Bizimyol.info xəbər verir ki, fevralın 24-ü saat 06:00-da Rusiya prezidenti Putinin sərəncamı ilə başlayan Ukrayna müharibəsi artıq 7-ci aya keçib. Rusiyanın Kiyevi uzun müddət mühasirəsində saxladıqdan sonra şərq bölgələrində şiddətlənən müharibə can almaqda davam edir. Ukrayna isə Qərbdən gələn yardımların təsiri ilə Rusiyaya qarşı hücumlarını gücləndirir. Bir çox rayonlarda müqavimət göstərən Ukrayna ordusu cəbhə xəttinin bəzi yerlərində də əks-hücumlar həyata keçirir.

ABŞ-dan Ukrayna müharibəsi ilə bağlı maraqlı iddia gəlib. ABŞ generalı və təhlükəsizlik üzrə eksperti Mark Hertlinq Rusiyanın bir çox bölgələrdə müdafiəyə keçdiyini iddia edib.

“British Express” qəzeti xəbəri oxucularına “Ukrayna Putinin pis idarə olunan və pis təlim keçmiş qoşunlarını geri addım atmağa məcbur etdi” başlığı ilə təqdim edib.

Bir vaxtlar ABŞ-ın Avropa və Yeddinci Ordu komandanı vəzifəsində çalışmış 68 yaşlı Hertlinq Rusiya quru qoşunlarının zəif idarə olunduğunu, zəif təlim keçdiyini və mənəvi-psixoloji durumun aşağı olduğunu bildirib.

Rusiya ordusunun şəxsi heyətinin və texnikasının əhəmiyyətli dərəcədə köhnəldiyini iddia edən Hertlinq aşağıdakı ifadələri səslənirib: “Rusiya bu müharibəyə bir neçə günə başa çatacaq “səhra fırtınasına bənzər hücum” edə biləcəyini düşünərək girdi. Bu bir yuxu idi. Çünki onların bunu etmək üçün rəhbərliyi, təlimi və avadanlıqları yox idi”.

Hertlinq vurğulayıb ki, Rusiyaya itkilərin yerini doldurmaq üçün uzun zaman lazım olacaq.

Xatırladaq ki, Rusiya aylardır hərbi itkiləri açıqlamaq istəmir. Moskva məsələ ilə bağlı ilk və son rəsmi bəyanatını martın 2-də verib. Sözügedən açıqlamada Rusiyanın müharibədəki əsgər itkisinin 498 olduğu açıqlanıb. O vaxtdan bəri bu məlumatlar yenilənməyib.

Rusiya hökuməti nadir hallarda silahlı qüvvələri tərəfindən ölənlərin sayı ilə bağlı yeniliklər təqdim etsə də, yerli hökumətlərin və qəzetlərin elanları döyüşlərdə minlərlə zabitin həlak olduğunu göstərir.

Onu da əlavə edək ki, bu yaxınlarda Rusiyanın hərbi itkiləri ilə bağlı ABŞ-dan diqqətçəkən açıqlama gəlib. ABŞ Müdafiə Siyasəti üzrə Müşavir Colin Kahl bazar ertəsi keçirdiyi brifinqdə bildirib ki, münaqişə zamanı 70-80 min Rusiya əsgəri ölüb və ya yaralanıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »