"Kiyevin Mariupolda əsir götürülmüş ukraynalı əsgərlərlə bağlı tribunalın keçirilməsi ilə bağlı bəyanatlarına baxmayaraq, ukraynalı hərbi cinayətkarlar cəzalandırılmalıdır".
Bizimyol.info xəbər verir ki, bunu bazar ertəsi tanınmamış "Donetsk Xalq Respublikası"nın rəhbəri Denis Puşilin “Rossiya-24” telekanalının efirində deyib: “Bütün hərbi cinayətkarlar, xüsusən "Azov"dan olan neonasistlər bütün əməllərinə görə layiqli cəzalarını almalıdırlar”, - deyə o bildirib.
Puşilinin fikrincə, Zelenskinin açıqlamalarına bir qədər şübhə ilə yanaşmaq lazımdır. Onun sözlərinə görə, Kiyev müxtəlif yerlərdə, o cümlədən Minskdə danışıqlar aparmaq imkanı əldə edib. "Bu danışıqların nəticəsi baş verənlərin qarşısını almağa imkan verəcək", - deyə o vurğulayıb.
"DXR" rəhbəri əlavə edib ki, Ukrayna hərbçiləri tərəfindən törədilən cinayətlər çoxdur, ona görə də "respublika" bütün cinayətkarların cəzalandırılmalı olduğu aydın şəkildə müəyyən edilmiş mövqeyi əsasında hərəkət edir.
Onun sözlərinə görə, "DXR"də hərbi cinayətkarlar tribunalının birinci mərhələsinə hazırlıq yekunlaşmaq üzrədir. Millətçi “Azov” batalyonunun cinayətlərinin 80 epizodu üzrə materiallar artıq tam hazırdır.
"Tribunalın birinci mərhələsinə hazırlıq yekunlaşmaq üzrədir. İstintaq orqanları işləyir və indi Mariupol birinci tribunalının keçirilmə tarixi birbaşa onlardan asılıdır. Hazırda demək olar ki, "Azov" cinayətlərinin 80 epizodu üzrə materiallar tam hazırdır”, - Puşilin bildirib.
Puşilin bir müddət əvvəl Ukrayna millətçilərini tribunalın mühakimə etməli olduğunu bildirərək, bunun beynəlxalq tribunal olacağını istisna etməyib. Puşilinin sözlərinə görə, tribunallardan biri Mariupolda keçiriləcək və onun hazırlanması ilə "KXDR" Xarici İşlər Nazirliyi məşğuldur. "Respublika" da məlumat verdi ki, nizamnamə də daxil olmaqla, lazımi sənədlər hazırlanır. Ehtimal olunur ki, tribunal qarşısına həm millətçi birləşmələrin yaraqlıları, xüsusən də “Azov” və “Aidar” silahlıları eləcə də Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri çıxacaq.
Qadir, Bizimyol.info