Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobil bazarlarında inflyasiya var: Mask da bahalaşdırdı
Avtomobil bazarlarında inflyasiya var: Mask da bahalaşdırdı

İl ərzində avtomobillərinin qiymətlərini ciddi şəkildə artıran Tesla indi də tam avtonom sürmə xüsusiyyətini bahalaşdırıb. Qeyd edək ki, bu paket heç də ucuz deyildi.

Bizimyol.info xəbər verir ki, hazırda ümumi olaraq, avtomobil sektorunda inflyasiya var. Bu vəziyyətin təsirləri ölkədən ölkəyə və bölgədən bölgəyə dəyişir.

Məsələn, ABŞ-da avtomobil qiymətləri 10-15 faiz artdığı halda, Türkiyədə 200 faiz artım müşahidə edilir.

ABŞ-da yerləşən elektrikli avtomobil şirkəti Tesla sentyabrın 5-də avtomobillərində tam avtonom sürmə xüsusiyyətinin qiymətini 15 min dollar qaldıracaq. Şirkət bu ilin həm mart, həm də iyun aylarında bütün modellərini bahalaşdırmışdı.

Maskın “Tvitter”-də verdiyi açıqlamaya görə, FSD (Full self-driving) adlı tam avtonom sürücülük xüsusiyyətinin qiyməti 15 min dollar olacaq.

Sentyabra qədər olan sifarişlər isə 12.000 dollara satacaq. Amma bu modellərin çatdırılması bir az gecikdiriləcək.

Mask həmçinin öz izləyicilərinə Tesla proqramı vasitəsilə avtomobillərini cəmi iki dəqiqə ərzində inkişaf etdirə biləcəklərini xatırladıb. Amma təbii ki, bu təkmilləşdirmələr şirkətin bir çox pullu funksiyalarına abunə olmağı tələb edir.

Tvitin maraqlı tərəfi Maskın mövcud FSD abunə paketlərinin qiymətləri ilə bağlı açıqlama verməməsidir.

Xatırladaq ki, FSD funksiyasından aylıq 199 dollar abunə haqqı ilə istifadə etmək mümkündür.

Tesla avtomobil

FSD funksiyası avtopilot funksiyasından ayrı şəkildə satışa çıxarıldığı zaman onun qiyməti 5000 dollar idi. İllər keçdikcə bahalaşan xüsusiyyətin qiyməti bu il edilən artımla 10 min dollardan 12 min dollara yüksəldilib. İlon Mask iyul ayında bu qiymətin gülünc şəkildə aşağı olduğunu deyirdi.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »