Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN: "Siyəzən və Şabranda dağlıq-meşəlik sahələrdəki yanğınlar tam söndürülüb"
FHN: "Siyəzən və Şabranda dağlıq-meşəlik sahələrdəki yanğınlar tam söndürülüb"

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Siyəzən və Şabran rayonları ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğınlar tam söndürülüb.

Bu barədə Bizimyol.info-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Havanın isti və küləkli, relyefin mürəkkəbliyinə baxmayaraq qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğınların daha geniş ərazilərə yayılmasına imkan verilməyib. Yanğınlar nəticəsində ümumilikdə təxminən 40 hektar ərazidə meşə və meşəətrafı sahələr yanıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »