Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın müdafiə naziri: “Rusiya sənayesi Ukraynada ələ keçirilən avadanlıqları öyrənir”
Rusiyanın müdafiə naziri: “Rusiya sənayesi Ukraynada ələ keçirilən avadanlıqları öyrənir”

Rusiyalı mütəxəssislər Ukraynada ələ keçirilən xarici hərbi texnikanı diqqətlə öyrənir, həmçinin onun qarşısının alınması yollarını işləyib hazırlayırlar.

APA xəbər verir ki, bunu “Rossiya-1” telekanalına müsahibəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

"Təbii ki, həm elmimiz, həm də sənayemiz onlarla ələ keçirilən silahlarla məşğul olur. Biz iki tərəfdən baxırıq. Birincisi, bu silahlarla döyüşmək bacarığı, necə və nəylə qarşı çıxmaq olar? Digər tərəfdən öyrənilir ki, onunla nəyi vurmaq olar, əsas çatışmazlıqları nədir? ", - nazir bildirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »