Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə zəncirvari yol qəzasında 16 nəfər həlak olub
Türkiyədə zəncirvari yol qəzasında 16 nəfər həlak olub

Mardinin Derik mahalında 2 avtomobilin toqquşması ilə yol qəzası hadisəsi baş verib. Əraziyə polis  və təciili tibbi yardım briqadaları çağrılıb. Yaxınlıqda olan çox sayda insanlar kömək məqsədi ilə hadisə yerinə toplaşıblar.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədə xəsarət alanlara yardım edilirkən başqa bir ağır tonnajlı yük maşını  yoxuşdan aşağı gələrkən əyləc sistemində yaranmış nasazlıq səbəbindən sürətlə qəza yerindəki avtomobillərə çirpılaraq insanların üzərinə hərəkət edib.

Səhiyyə naziri Fahrettin Koca baş verən qəzada 16 nəfər həyatını itirdiyini, 8-i ağır olmaqla 29 nəfər yaralandığını bildirib.

Ətrafdakı vətəndaşların xəbər verməsi ilə hadisə yerinə çox sayda sağlamlıq, xilasetmə və polis qrupları cəlb edilib. Baş verən zəncirvari qəzada həyatını itirənlərin kimiliyi müəyyələşdirilir.

Qəza anı ilə bağlı yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kamerasına əks olunan görüntülərdə yük maşınının qəzaya müdaxilə edən kütlənin arasına daldığı görünür.

Ədliyyə naziri Bəkir Bozdağ, "Mardin Derikdə baş verən qəza ilə bağlı Derik Respublika Baş Prokurorluğu tərəfindən məhkəmə istintaqı başladıldığını" söyləyib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »