Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa Rusiyanın Kalininqradda "Kinjal" raketləri yerləşdirməsindən narahatdır
Polşa Rusiyanın Kalininqradda "Kinjal" raketləri yerləşdirməsindən narahatdır

Polşa əməkdaşlıq etdiyi Şimali Atlantika Alyansı ölkələri ilə birgə Rusiya Federasiyasının Kalininqrad vilayətindəki hərəkətlərinə adekvat reaksiya verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Polşa Mətbuat Agentliyinə şənbə günü respublikanın milli müdafiə nazirinin müavini Voytsex Skurkieviç Rusiya qırıcılarının "Kinjal"(Xəncər) hipersəs raket kompleksiləri ilə Kalininqrad vilayətində yerləşdirilməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Polşa NATO-nun şərq cinahında yerləşən ölkə kimi baş verənləri tam başa düşür.

“Müttəfiqlərimiz və NATO-nun Baş Qərargahı ilə məsləhətləşmələr əsasında tədbirlərimiz təhdid hərəkətlərinə adekvat olacaq. Ölkəmizə qrşı Rusiya Federasiyası tərəfindən Kalininqrad vilayətində hazırlanan tədbirlər planlarının həyata keçirildiyi barədə məlumatlıyıq”, - deyə o bildirib.

Skurkieviçin sözlərinə görə, NATO çərçivəsində əməkdaşlıq Polşanın təhlükəsizliyinin təmin edilməsi üçün əsasdır. “Bu təminatlar qüvvədə qalır. Bununla bağlı öhdəliklər tərəfdaşlarımız, Şimali Atlantika Alyansının ayrı-ayrı üzvləri, eləcə də ABŞ prezidenti Co Bayden tərəfindən açıq şəkildə bəyan edilib”, - deyə Skurkeviç əlavə edib.

Polşa Müdafiə Nazirliyinin rəis müavini xatırladıb ki, onun ölkəsi uzun müddətdir ki, NATO-nun şərq cinahını gücləndirir, qoşunların sayını artırır və təlimlər keçirir. Onun sözlərinə görə, ölkənin şərq hissəsində NATO-nun döyüş qrupu, həmçinin “Şimal-Şərq” çoxmillətli diviziyasının komandanlığı yerləşdirilib.

Rusiya Müdafiə Nazirliyi çərşənbə günü bildirib ki, "Kinjal" hipersəs raketləri ilə silahlanmış üç "MiQ-31İ" təyyarəsi əlavə strateji təhlükənin qarşısının alınması tədbirləri çərçivəsində Kalininqrad vilayətindəki Çkalovsk aerodromuna köçürülüb.

"Kinzhal" hipersəs aeroballistik raketləri olan ən son Rusiya kompleksidir. Kompleks üçün daşıyıcı qismində "MiQ-31K" və "MiQ-31I" qırıcıları seçilib. "Kinzhal" raketi aşağı radar görmə və yüksək manevr qabiliyyətinə malikdir. Yer və dəniz hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Raketin sürəti səs sürətindən 10 dəfə, məhvetmə məsafəsi 2 min km-dən çoxdur. Raket trayektoriyasının bütün bölmələrində manevrlər edir ki, bu da ona bütün hava hücumundan və raketdən müdafiə sistemlərini dəf etməyə imkan verir. Kompleks adi və nüvə başlıqları ilə təchiz olunub. Döyüş başlığının kütləsi 500 kq-dır.

Kinjhal kompleksləri 2017-ci ilin dekabrından RF Silahlı Qüvvələrində eksperimental döyüş növbətçiliyindədir. Rəsmi olaraq, bu raketlərin ilk döyüş istifadəsi 2022-ci il martın 18-də Ukraynada hərbi əməliyyat zamanı baş verib.

Qadir Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »