Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynalı hakerlər Krım televiziyanda videomüraciət yayıblar - Video
Ukraynalı hakerlər Krım televiziyanda videomüraciət yayıblar - Video

Ukraynalı hakerlər Krım televiziyasını sındırıblar. Ruslar Ukraynadakı müharibə ilə bağlı adi təbliğat və yalan əvəzinə Vladimir Zelenskinin müraciətinə baxdılar.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın “İnfoviysk”i “Twitter”də məlumat yayıb.

Ukraynalı qarantın axşam videomüraciətlərindən biri şablon kimi istifadə edilib və o, Rusiya rəsmilərinə Krım torpağında sülhün olmayacağını xatırladıb.

“Qoy Krımda qiymətli torpaqları zəbt edən rusiyalı məmurların hər biri yadda saxlasın ki, bura onların sülhə qovuşacağı torpaq deyil”, - deyə Zelenski vurğulayıb.

Həmçinin təcavüzkar ölkənin vətəndaşlarına Tina Karolun “Ukrayna is you” mahnısı ilə Ukrayna vətənpərvərlik mövzusunda videoçarx nümayiş etdirilib.

“Politico” yazır ki, ABŞ əgər Kiyev bunu zəruri hesab edirsə, Ukrayna ordusuna Krıma hücum etmək üçün Qərb silahlarından istifadə etməyə icazə verib. Ağ Ev Krımın Ukrayna ərazisi olduğunu xatırladaraq bununla heç bir beynəlxalq qanun və razılaşmaların pozulmadığını bildirib. ABŞ verilən silahların Ukrayna ordusu tərəfindən ökənin daxilində istifadə etdiyini, işğal olunmuş ərazilərin bərpası uğrunda mübarizəyə və ölkə vətəndaşlarını qoruması üçün istifadə edildiyini bildirib.

Ukrayna mətbuatı xəbər verib ki, avqustun 18-də axşam saatlarında Krımda rus işğalçılarının Sevastopolun şimal-qərb hissəsində yerləşən Belbek adlı ən böyük aviabazasında partlayışlar baş verib. həmin gün axşam saatlarında Kerç şəhərində müvəqqəti işğal olunmuş yarımadada da partlayış səsləri eşidilib.

Prezidentin dəftərxanası vurğulayıb ki, Krımda “isti” avqust yarımadanın yalnız Ukrayna olduğunu göstərir. Eyni zamanda, Aleksey Danilov bilirib ki, yarımadanın mərhələli şəkildə demilitarizasiyası və sonradan işğaldan azad edilməsi gündəmdədir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »