Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ikinci ən uzunömürlü adamı vəfat edib
Dünyanın ikinci ən uzunömürlü adamı vəfat edib

Polşanın ən uzunömürlü sakini  Tekla Yuneviç vəfat edib.

Bizimyol.info xəbər verir ki,  Yuneviç 1906-cı il iyunun 10-da Avstriya-Macarıstan ərazisində anadan olub. 103 yaşına qədər o, müstəqil şəkildə özünü idarə edə bilirdi. Sonradan nəvələri ona baxmağa başladılar. Yuneviç dünyanın ən yaşlı insanların siyahısında ikinci yeri tutmuşdu. O, 118 yaşlı fransız qadın Lucille Randondan sonra ikinci idi.

Yuneviç ötən gün uzun sürən qaraciyər xəstəliyindən sonra Qlivitsedə 116 yaşında vəfat edib. Yuneviçin ölümünü onun nəvəsi Adam elan edib. "Nənəm son nəfəsinə qədər yaxşı hiss edirdi",- deyə onun nəvəsi bildiirb.

Ətrafındakı insanların dediyinə görə, qadın həmişə aktiv olub, kitab oxumağı, kart oyunlarını çox sevirdi. Onun gözəl yumor hissi vardı.

Yuneviçin beş nəvəsi, dörd nəticəsi və dörd kötükcəsi var.

Xatırladaq ki, Ginnesin Rekordlar Kitabı 112 yaşlı venesuelalı Xuan Vinsente Moranı dünyanın ən yaşlı insanı elan edib.  O, titulunu 113 illik yubileyinə bir neçə gün qalmış alıb.

Mora 27 may 1909-cu ildə on uşaqlı ailədə anadan olub. O, uzun illər əkinçiliklə məşğul olub və son torpağını 104 yaşında satıb.

Venesuelalı qadın 1937-ci ildə evlənsə də, həyat yoldaşı 1997-ci ildə vəfat edib. Onun 11 övladı, 41 nəvəsi, 18 nəticəsi və 12 kötücəsi var.

Mora etiraf edib ki, o, hər günə ailəsi ilə bir fincan qəhvə və səhər yeməyi ilə başlayır. O, sadiq bir katolik olaraq qalır və hər gün dua edir.

Moranın fikrincə,  həyatda ən önəmli olan Allah sevgisi, ailə sevgisi və iş üçün səhər erkən qalxmaqdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »