Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna kamikadze PUA ilə Rusiya HHQ-nin Krımdakı qərargahını vurub - Video
Ukrayna kamikadze PUA ilə Rusiya HHQ-nin Krımdakı qərargahını vurub - Video

Kamikadze pilotsuz uçan aparatla Rusiyanın Krımdakı Hərbi Dəniz Qüvvələrinin qərargahına zərbə endirilib və bu gün Ukraynanın başqa bir gizli reydində böyük partlayış baş verdiyi bildirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə "dailymail" məlumat verib.

Bildirilir ki, Putin qüvvələrinin PUA-nı vurmaq üçün göstərdikləri cəhdlərinə baxmayaraq, bu səhər təkrarlanan atəş səslərinin eşidildiyi videodan göründüyü kimi hücumdan sonra havaya tüstü qalxdığı müşahidə edilir.

Sevastopol qubernatoru Mixail Razvozhayev bu səhər "Telegram"a verdiyi məlumatda hücumu təsdiqləyib: “Təəssüf ki, buxtada atıcı silahlarla işləsələr də, dronu vurmaq mümkün olmayıb. O proqram tapşırıq üzrə obyektə çırbılaraq partlayış yaratmağa nail olub. Vğziyyətlə bağlı araşdırmalar aparılır, hadisə nəticəsində xəsatət alan olmayıb, ölüm vaktı qeydə alınmayıb”,- deyə bildirib.

Bu, işğal olunmuş yarımadanın dərinliklərində Ukrayna qüvvələri tərəfindən törədildiyi güman edilən bir sıra sirli partlayışların sonuncusudur.

Kəşfiyyat rəsmiləri dünən gecə zərbələrin işğalçıların hərbi imkanlarını necə sarsıtdığını, eyni zamanda Kiyevin Rusiya logistikasına zərbə vurmaq qabiliyyətini nümayiş etdirdi.

Bu hadisə, ötən həftə Krımda Rusiya aviabazasında baş vermiş güclü partlayışdan sonra qeydə alınıb. Qərb rəsmiləri aşkar ediblər ki, bu insident Rusiyanın Qara dənizdəki dəniz aviasiya qüvvələrinin yarısını sıradan çıxarıb.

Mənbə deyib: “Onlar flaqman Moskvanı, İlan adasını itirdilər, dəniz aviasiya paketinin yarısını itirdilər və hərbi qərargahları vuruldu. Düşünürəm ki, ukraynalılar düşmən xəttinin arxasındakı hücumlar barədə məsuliyyəti üzərinə götürə bilər”.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »