Krımda və Xerson vilayətində baş verən son partlayışlar Rusiyanın arxa bölgələrinin təhlükəsizliyinə inamını sarsıdır.
Bizimyol.info xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (MÖİ) hesabatında deyilir.
Analitiklər qeyd edirlər ki, Rusiyanın Krım və Starıy Oskoldakı hədəflərinə hücumlar barədə məlumatlar “şişirdilib”. Bununla belə, peykdən çəkilmiş görüntülərə görə, işğalçılar yeni hücum əməliyyatının keçiriləcəyi yaxın ərazilərə - tarlalara və meşələrə döyüş sursatı və texnika daşımaq hazırlıqlarına başlayıblar.
Həmçinin, ekspertlər Belbekdəki aviabazada və Starı Oskoldakı aerodromdakı şəkillərdə heç bir hərəkətlilik müşahidə etməyib.
İnstituta verdiyi şərhdə işğalçıların Zaporojye vilayətindəki adı açıqlanmayan nümayəndəsi təsdiqləyib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Krım körpüsü üzərindən raketi deyil, PUA-nı vurub.
Rusiyanın sosial media söhbətlərində Belbekə vurulduğu iddia edilən videolar təkrar işlənmiş videolardır ki, bu da Rusiya qüvvələri arasında "böyük çaxnaşma" olduğunu göstərir. Baş verənlərlə bağlı xəbərlər Rusiya ordusunu panikaya salır.
Rusiya hakimiyyəti və əhalinin özündə Krımda təhlükəsizliklə bağlı narahatlıq artır, buna sübut kimi, məsələn, Sevastopolda düşmən tərəfindən diversantların müəyyən edilməsi üçün nəzarət-buraxılış məntəqələrinin yaradılmasını göstərmək olar.
Bəzi analiz qabiliyyəti olmayan bloggerlər qərara gəliblər ki, bu yolla Ukrayna yarımadanın hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini “tədqiq edir”.
Ukrayna mətbuatı daha əvvəl xəbər verdiyi kimi, avqust ayında işğal olunmuş Krımda hərbi hissədəki sursat anbarında və aerodromda yanğınlar baş verib. Saki aerodromunun ərazisində, Novofedorovka qəsəbəsi ərazisində bir sıra partlayışlar və yanğın hadisələri baş verib. Nəticədə ən azı 9 təyyarə məhv edilib. Cankoy rayonundakı hərbi hissədə anbarda döyüş sursatının partlaması hadisəsi qeydə alınıb.
Qadir, Bizimyol.info