Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Zelenskini Putinlə görüş üçün Türkiyəyə dəvət edib
Ərdoğan Zelenskini Putinlə görüş üçün Türkiyəyə dəvət edib

Lvovda keçirilən danışıqlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenskini Türkiyəyə Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşə dəvət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat verib.

Ərdoğan Ankaranın Rusiya-Ukrayna müharibəsinin diplomatiya yolu ilə sona çatmasına töhfə verməyə hazır olduğunu bildirib və hər iki lideri Türkiyəyə görüşə dəvət edib.

“Necə ki, mən Putinə Soçiyə səfərim zamanı demişdim, indi də Zelenskiyə xatırlatdım ki, onlar arasında görüş keçirə bilərik”, - deyə prezident R.T.Ərdoğan bildirib.

Bundan əlavə, Türkiyə prezidenti Putinlə Zaporojye atom elektrik stansiyası ətrafındakı vəziyyəti müzakirə edəcəyini bildirib.

O bildirib ki, Zaporojya məsələsi “adi bir məsələ” deyil.

O qeyd edib ki, danışıqlar zamanı Zelenski Rusiya minalarının ərazidən çıxarılmasını tələb edib: “Biz bu məsələni Putinlə müzakirə edəcəyik və bu barədə konkret olaraq ona bidirəcəyik ki, Rusiya bu məsələdə dünyada sülhün qorunması yolunda mühüm addım kimi öz töhfəsini versin”, - o əlavə edib.

Yolda Ərdoğan Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) ZAES-də təhlükəsizliyi təmin edilməsi üçün lazımi tədbirlər görməyə çağırıb.

Ukrayna mətbuatının daha əvvəl xəbər verdiyi kimi, Lvovdakı danışıqlardan sonra Ərdoğan Türkiyənin Zaporojye AES ətrafında yaranmış vəziyyətdən narahat olduğunu və Çernobıl faciəsinin təkrarlanmasını istəmədiyini bildirib: "Biz dünyanın daha bir Çernobıl faciəsi yaşamasını istəmirik və həmin şəraitin yaranmasına imkan verə bilmərik", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »