Qərb Rusiyaya qarşı hibrid müharibəyə başladı və Rusiya Federasiyasının Ukraynadakı xüsusi hərbi əməliyyatı yalnız anti-Rusiya kampaniyası üçün bəhanə kimi istifadə olunur.
Bizimyol.info xəbər verir ki, bunu cümə günü Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin 17-ci iclasında çıxış edən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
"Bu cür zərərli siyasətin bariz nümunəsi Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibədir. Uzunmüddətli hüquqi qüvvəyə malik təhlükəsizlik təminatlarının formalaşdırılması ilə bağlı təkliflərimiz rədd edildi. Dialoq üçün qarşılıqlı məqbul yollar axtarmaq əvəzinə, qıcıqlandırıcı cəhdlər edilir. Rusiyanı beynəlxalq arenada təcrid etmək üçün qeyri-qanuni sanksiyalar tətbiq edilir”, - deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bildirib.
"Ölkəmizin Ukraynada başlatdığı xüsusi hərbi əməliyyatdan yalnız görünməmiş qlobal anti-Rusiya kampaniyasına başlamaq üçün bəhanə kimi istifadə olunur", - Patruşev vurğulayıb.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi həmkarlarına görüşün ciddi geosiyasi dəyişikliklər fonunda keçirildiyini qeyd edib: “Əslində qlobal böhran gözümüzün qarşısında cərəyan edir. Bunun səbəbi Qərbin təkcə digər ölkələrin milli maraqlarını, xüsusiyyətlərini, ənənələrini deyil, həm də çoxqütblü dünyanın formalaşmasında obyektiv tendensiyaları və Qərb hegemonluğunun tədricən sönməsini tamamilə nəzərə almayaraq dünyada öz hökmranlığını tətbiq etmək istəyidir", - Patruşev bildirib.
“Ukrayna ətrafında baş verənlər göstərir ki, qərblilər hibrid hərəkətlər və ölkəmizlə açıq silahlı münaqişə ərəfəsində balans yaratmağa çalışırlar və buna hazırlaşmaqdan əl çəkmirlər. Bu, artıq rəsmi şəkildə tanınıb və alyansın Madriddə keçirilən sammitində qəbul edilmiş doktrinal sənədlərdə öz əksini tapıb. Amerikalılar Çinə qarşı oxşar addımlar atmağa çalışırlar ki, bunu ABŞ-ın Tayvandakı son təxribatı göstərdi”, - deyə o bildirib.
Görüş ŞƏT ölkələrinin liderlərinin sentyabrın 15-16-da Səmərqənddə keçirilməsi planlaşdırılan sammiti ərəfəsində keçirilir.
Qeyd edək ki, fevralın 24-də prezident Vladimir Putin Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olması ilə bağlı qərar qəbul edib. Altı aya yaxındır ki, Ukrayna dövləti ərazisində müharibə gedir. Milyonlarla insan yaşayış yerlərini tərk etmək məcburiyyəyində qalıb. Ölkə vətəndaşları arasında on minlərlə ölən və yaralananlar var ki, bunların yarısının mülki şəxslər olduğu bildirilir. Rəsmi Moskva isə hələ də bu müharibəni "xüsusi hərbi əməliyyat" adlandırmaqda davam edir. ŞƏT-ə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin 17-ci iclasında Nikolay Patruşev də çıxışı bu aspekt üzərində qurub. Görünür Kremil artıq öz dediklərinə özü inanmağa başlayıb, amma beynəlxalq aləmi buna inandırmaq çətin olacaq.
Qadir, Bizimyol.info