Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səssizlik beyin sağlamlığını qoruyurmuş...
Səssizlik beyin sağlamlığını qoruyurmuş...

Araşdırmalara görə, susmaq beyində çoxlu müsbət nəticələr verən bir hərəkətdir. Güclü insanların müdafiə mexanizmi olan sükut insanı rahatlaşdırır. Beyin sağlamlığını qoruyur.

Bizimyol.info xəbər verir ki, stress və qəzəb halında hərəkət etməkdənsə, susmaq daha yaxşı ola bilər. Bəs susmağın beyinə təsiri nədir?

Sakit oturmaq qan təzyiqini aşağı salmağa kömək edə bilər. Araşdırmalara görə, musiqi dinlədikdən sonra 2 dəqiqəlik sükut  ürək döyüntüsünü və qan təzyiqini əhəmiyyətli dərəcədə azaldır.

Yavaş, rahatlatıcı musiqi ilə müqayisədə belə, sükut ürək sağlamlığı üçün daha böyük təsirə malikdir.

Alimlərin 2013-cü ildə siçovullar üzərində apardığı araşdırma, zehni susdurmağın beyni gücləndirdiyini müəyyən edib.

Tədqiqatçılar müəyyən ediblər ki, siçanlar hər gün 2 saat səssizliyə məruz qalanda hipokampusda yeni hüceyrələr əmələ gəlir. Hipokampus yaddaşımız, duyğularımız və öyrənmə qabiliyyətimizlə əlaqəli beyin bölgəsidir.

Psixoloq Amy Sullivanın sözlərinə görə,  insan yorulduğu zaman döyüş reaksiyasını həddən artıq yükləyir. Bu isə bir sıra problemlərin yaranmasına gətirib çıxarır.

Mütəxəssislərin fikrincə,  səssiz qalaraq dincəlmək enerji toplamaq üçün imkanlar yarada bilər.

“Səssiz oturub özümüz haqqında düşünməyi öyrənmək özümüzə və övladlarımıza verə biləcəyimiz ən böyük hədiyyələrdən biridir. Dəyər sistemimizi, istəklərimizi və ehtiyaclarımızı daha dərindən araşdırsaq, daha dərin səviyyədə ünsiyyət qura bilərik. Biz bu qabiliyyəti inkişaf etdirməliyik”- deyə Sullivan əlavə edib.

Amma təəssüf olsun ki, bu gün Azərbaycanda susmaq, səssizlikdə olmaq mümkün deyil. Avtomobillərin, yeni tikintilərin yaratdığı səs kirliliyi  hamının sinir sisteminə toxunur. Məhz elə buna görədir ki, kimin üzünə baxsan hüznlü, streslidir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »