Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropada qaz həmişəkindən 11 dəfə bahadır" - Bloomberg
"Avropada qaz həmişəkindən 11 dəfə bahadır" - Bloomberg

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının altıncı ayında Avropada qazın qiyməti rekord səviyyəyə qalxıb.

Bizimyol.info Bloomberg-ə istinadən xəbər verir ki, standart müqavilənin qiyməti 6,7 faiz artaraq bir meqavatsaat üçün 241 avroya çatıb. Bildirilir ki, bu, Rusiyanın Ukraynaya hücumu nəticəsində mart ayında bazarları şoka salan rekord artımdan daha bahadır.

Nəşrin yazdığına görə, ilin bu vaxtında qiymətlər adi haldan təxminən 11 dəfə bahadır, onilliklərin ən pis inflyasiyasını yaşayan ev təsərrüfatları və müəssisələrin xərcləmələri isə fırtınalı şəkildə yüksəlir.

Xatırladaq ki, iyun ayında Rusiya Avropa ölkələrinə qaz nəqlinin həcmini demək olar ki, iki dəfə azaldıb. İyunun ortalarında Rusiya “Şimal axını 1” qaz kəmərinin ötürücülük qabiliyyətini 40 faizə qədər azaldıb, buna səbəb kimi isə avadanlıqla bağlı problemləri əsas gətirib.

Bundan başqa, iyunun ortalarında təmirə ehtiyacı olduğu iddia edilən “Türk axını” qaz kəməri də bir həftə işləmədi.

17 avqust 2022-ci il tarixinə Avropada qazın qiyməti tarixi maksimuma yaxınlaşdı və Rusiyanın “Qazprom”unun tədarükünü süni şəkildə azaltması səbəbindən min kubmetr üçün təxminən 2500 dollara çatdı.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »