Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Salman Rüşdini bıçaqlayan şübhəli ittihamları rədd edir
Salman Rüşdini bıçaqlayan şübhəli ittihamları rədd edir

Hindistan əsilli Britaniya yazıçısı Salman Rüşdi ötən gün ABŞ-ın Nyu York şəhərindəki Chautauqua İnstitutunda iştirak etdiyi konfransda bıçaqlı hücuma məruz qalıb və aparıldığı xəstəxanada respiratora qoşulub. Rüşdini bıçaqlayan 24 yaşlı Hadi Matar Nyu-Yorkun Chautauqua County məhkəməsində ikinci dərəcəli qətlə cəhd və ikinci dərəcəli hücuma cəhddə təqsirli olmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, hakim Matarın zaminə buraxılmadan həbsdə saxlanmasını istəyib.

Prokuror elan edib ki, Matar Rüşdiyə hücumda adam öldürməyə cəhddə təqsirli bilinərsə, onu 25 ilə qədər həbs gözləyir. Bildirilib ki, digər spiker Ralf Henri Rizi yaralayan Matar bu cinayətə görə isə 7 ilə qədər həbs cəzası ala bilər.

Onu da əlavə edək ki, bıçaqlı hücum nəticəsində süni nəfəs aparatına taxılan Rüşdinin qolunda və qaraciyərində sinirlərin ciddi şəkildə zədələndiyi, bir gözünü itirmə riskinin olduğu açıqlanıb.

Təcavüzkarın İran İnqilab Keşikçiləri Ordusuna (SEPAH) rəğbəti olduğu güman edilir, Matarın sosial media hesablarına ilkin baxış zamanı şiə ekstremizminə və İran İnqilab Keşikçiləri Ordusuna (SEPAH) rəğbət bəsləndiyi müəyyən edilib, lakin bununla bağlı hələlik dəqiq dəlillər yoxdur.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Rüşdiyə hücumdan sonra verdiyi açıqlamada Rüşdinin işinə toxunaraq onu tərifləyib və bildirib, “Bunlar istənilən azad və açıq cəmiyyətin tikinti materiallarıdır”.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »