Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Finlandiya Rusiyadan izahat tələb edib
Finlandiya Rusiyadan izahat tələb edib

Finlandiya Xarici İşlər Nazirliyi Rusiya qırıcılarının bu ölkənin hava məkanını pozması ilə bağlı izahat tələb edib.

“Report” xəbər verir ki, rəsmi Helsinki bununla bağlı Rusiyanın Finlandiyadakı səfirliyinə nota göndərib.

Finlandiya XİN-dən faktla bağlı araşdırma aparıldığı, proses yekunlaşdıqdan sonra əlavə məlumat veriləcəyi bildirilib.

Xatırladaq ki, Finlandiya Müdafiə Nazirliyi Rusiyanın iki qırıcısının ölkənin hava məkanını pozduğunu açıqlayıb. Hadisə avqustun 18-i səhər saatlarında Fin körfəzindəki Porvoo sahil şəhəri yaxınlığında baş verib.

Son xəbərlər
Bütün xəbərlər »