Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İsrail ordusu üçüncü ölkəyə də hücum etdi və ölkə sərhədlərini qorudu"
"İsrail ordusu üçüncü ölkəyə də hücum etdi və ölkə sərhədlərini qorudu"

İsrail Baş Qərargah rəisi Aviv Kohavi diqqətçəkən açıqlama verib. O, bildirib ki, avqustun 5-də Qəzza zolağına üç günlük hücum zamanı Fələstin torpaqları xaricindəki bir ölkədəki hədəfə də hücum həyata keçiriblər.

Bizimyol.info İsrail mediasına istinadən xəbər verir ki, Kohavi konfransdakı çıxışında Qəzza xaricində üçüncü bir ölkəyə hücum etdiklərini bildirib.

Kohavi deyib: “On gün əvvəl İsrail ordusu Qəzzada Teysir əl-Cəbarini (İslami Cihad hərəkatının direktoru) qüsursuz şəkildə hədəfə aldı və İordan çayının qərb sahilində də həbslər dalğası həyata keçirdi, üçüncü ölkəyə də hücum etdi və ölkə sərhədlərini qorudu”.

Kohavi hədəfdə olan ölkə və obyektin adını çəkməyib, o cümlədən ətraflı məlumat verməyib.

Onu əlavə edək ki, cümə günü, avqustun 5-də İsrail ordusu Qəzza zolağında İslami Cihad hərəkatına aid olduğunu iddia etdiyi bəzi məntəqələrə hücum edib. Üç gündür davam edən hücumlar nəticəsində aralarında qadın və uşaqların da olduğu 49 fələstinli həyatını itirib. Qəzzadan İsrail istiqamətində yüzlərlə raket atılıb, lakin qarşı tərəfdə insan itkisi olmayıb.

Xatırladaq ki, avqustun 7-вэ Misirin vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunub.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »