Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Ukraynada Zelenski ilə görüşüb
Ərdoğan Ukraynada Zelenski ilə görüşüb

Rusiyanın Ukraynanı işğalının altıncı ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya gedib.

Bizimyol.info xəbər verir ki, bu gün Polşanın Rzeşov Beynəlxalq Hava Limanında Polşa vilayətinin qubernatoru Radoslav Viatr və Türkiyənin Varşava səfiri Cengiz Kamil Fırat tərəfindən qarşılanan Türkiyə prezidenti Ərdoğan quru yolu ilə Lvova keçib.

Onu da əlavə edək ki, Ərdoğanı Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez, Milli Müdafiə naziri Hulusi Akar, Kənd Təsərrüfatı və Meşə naziri Vahit Kirişçi, Ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Kommunikasiyalar rəhbəri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Müdafiə Sənayesi sədri İsmail Dəmir, AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik və Baykar baş direktoru Haluk Bayraktar da müşayiət edir.

Məlumata görə, Türkiyə prezidenti Ərdoğan Pototski sarayında Ukrayna prezidenti Zelenski ilə görüşüb. İkilinin görüşdən sonra mətbuata açıqlama verəcəyi gözlənilir.

Bildirilir ki, Ərdoğan daha sonra BMT-nin baş katibi Quterreşin də iştirak edəcəyi üçtərəfli sammitə qatılacaq.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »