Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN polkovniki gizli çəkilişlərə görə tutuldu
FHN polkovniki gizli çəkilişlərə görə tutuldu

Son bir neçə gündə sosial şəbəkələrdə yayılan, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının qeyri-etik xarakterli videogörüntü və fotolarıyla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma gedir. Baş verənlərlə əlaqədar üç maddə ilə cinayət işi başlanıb.

Bizimyol.info xəbər verir ki, özəl xarakterli video və fotolardakı şəxslərdən biri - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev tutulub. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Zaur Mirzəyev avqustun 17-də o video və fotoların yayılmasında şübhəli bilinərək saxlanılıb.

Prokurorluğun araşdırmaları nəticəsində məlum olub ki, Zaur Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb. O, nazirlikdə qadınların xidməti və sair asılılıqlarından yararlanaraq, 2013-cü ildən 2019-cu ilin sonlarına qədər iş otağında onlarla cinsi əlaqə və digər formalarda münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Zaur Mirzəyev hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internetdə yayılmasına səbəb olub.

“Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib”,- Baş Prokurorluğun mətbuat xidmətindən Bizimyol.info-ya bildirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun İstintaq İdarəsində bu məsələ ilə bağlı istintaq davam edir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »