Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərzaq və taxıl böhranı Azərbaycanda özünü necə göstərəcək...
Ərzaq və taxıl böhranı Azərbaycanda özünü necə göstərəcək...

Dünyada quraqlıq, enerji böhranı və Rusiya-Ukrayna  müharibəsi fonunda müşahidə edilən ərzaq qıtlığı, ərzaq məhsullarının qiymətlərinin bahalaşması Azərbaycandan da yan keçməyəcək. Bununla bağlı  hələ ekspertlər ilin əvvəlindən proqnozlar verirdilər. Qeyd edək ki, rəsmi  statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur.  Bu tələbatın 40 faizi idxal hesabına ödənilir.

İdxalda ən böyük paya 90 faizlə Rusiya sahib idi.

Azərbaycanın   illik buğda idxalı bir milondan çoxdur.   Ötən il idxal edilən buğdanın  dəyəri 30 faiz bahalaşmışdı.

Mütəxəssislərin fikrincə, ölkədə taxıl  məhsullarının qiymətinin artmasını önləməyin yeganə yolu idxaldan asılılığı azaltmaq idi. Bunun üçün dövlət fermerlərə xüsusi subsidiyalar da ayırıb. Keçən il ölkədə  595 min hektar ərazidə buğda əkilib . Azərbaycanda illik buğda istehsalı 1,9 milyon tondur.

Son zamanlar  buğda əkinində cüzi artımlar da müşahidə edilir.  Hətta fermerlərin həvəsləndirilməsi məqsədilə buğdanın alış qitməti də artırılıb. Belə ki, keçən il bir tonu 500 manata alınan buğda bu il fermerlərdən 580 manata alınıb.

Amma Rusiya Ukrayna müharibəsi fonunda  taxıl idxalından asılığı azaltmaq üçün tədbirlərin görelməsi mütləqdir.   Çünki  bütün dünyada qlobal qıtlıq müşahidə edilir və bunun gələn il də davam edəcəyini dair mütəxəssis proqnozları mövcuddur.

Azərbaycan ailələri üçün çörək prioritet qidadır. Və çörəyin  bahalaşması digər qida məhsullarının bahalaşmasınd təsir edir. Çörəyin qiymətinin stabil olması üçün idxaldan asılığı azaltmaq lazımdır.

Qeyd etməliyik ki,  bütün dünya  bu gün ərzaq böhranı yaşayır, qida məhsullarının qiyməti  hər gün artan istiqmaətdə davam edir. Dünya bazarlarında müşahdiə edilən  bahalaşma Azərbaycan bazarlarından da yan keçməyəcək.

Hadisələrin gedişatı Azərbaycanda da yaxın zamnalarda ərzaq məhsullarının qiymətində  müəyyən artımların olacağını göstərir. Lakin bu artım Azərbaycanın daxili siyasəti ilə  deyil, dünyada olan hadisələrin fonunda baş verəcək. Subsidiyalaırn ayrılması, fermerlərə göstərilən dəstək,  idxaldan  asılılığı azaltmaq üçün tədbirlərin görülməsi və s. bu kimi  proseslər qiymət artımın qarşısını ala bilmir.

Digər ölkələrin bazarlarına nəzər yetirəndə bunun şahidi oluruq. Qardaş ölkə Türkiyədə lirənin dəyərdən düşməsi, ərzaq məhsullarının  keçən ildən bu günə qədər bəzi hallarda dəfələrlə bahalaşması sübut edir ki,  bahalaşma qlobaldır.

Ancaq bu bahalaşma fonunda hökümətin yeni sosial islahatlar paketinin olacağı istisna edilmir. Mütəxəssislərin fikrincə, ilin sonuna qədər  yeni sosial paket təqdim edilə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »