Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin birgə hərbi təlimlər üçün Rusiyaya qoşun göndərəcək
Çin birgə hərbi təlimlər üçün Rusiyaya qoşun göndərəcək

Çin birgə hərbi təlimlər üçün Rusiyaya qoşun göndərəcək.

“Vostok” təlimləri ayın sonunda başlayacaq və Hindistan, Belarus, Monqolustan və Tacikistanı da əhatə edəcək.

Bizimyol.info Əl Cəzirə -yə istinadla xəbər verir ki, Pekinin müdafiə nazirliyinin məlumatına görə,  Çin əsgərləri ayın sonunda başlayacaq birgə hərbi təlimlərdə iştirak etmək üçün Rusiyaya gedəcək.

Qeyd edək ki,  keçən ay Moskva avqustun 30-dan sentyabrın 5-dək “Vostok” (Şərq) hərbi təlimləri keçirməyi planlaşdırdığını elan etmiş və bu təlimlərdə başqa ölkələrin də iştirak edəcəyini bildirmişdi. Pekin və Moskvanın sıx müdafiə əlaqələri var. Çin fevralın 24-də Ukraynanı işğal etdiyinə görə Moskvanın beynəlxalq sanksiyalar və geniş qınaqlarla üzləşdiyi bir vaxtda belə, ikitərəfli münasibətləri “daha yüksək səviyyəyə” qaldırmaq istədiyini bildirib.

“Məqsəd iştirakçı ölkələrin orduları ilə praktiki və dostluq əməkdaşlığı dərinləşdirmək, iştirakçı tərəflər arasında strateji əməkdaşlığın səviyyəsini yüksəltmək və müxtəlif təhlükəsizlik təhdidlərinə cavab vermək qabiliyyətini gücləndirməkdir”, - deyə Çin Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Təlimdə Hindistan, Belarus, Monqolustan, Tacikistan və digər ölkələrin də iştirak edəcəyi bildirilir. Rusiya və Çin arasında münasibətlər Çin prezidenti Si Cinpin və rusiyalı həmkarı Vladimir Putinin dövründə  son zamanlar daha da güclənib.

Pekin müharibə ilə əlaqədar bir çox Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara qarşı çıxdığı üçün təzyiq altında olub. İşğaldan bir müddət əvvəl Moskva və Pekin “məhdudiyyətsiz” tərəfdaşlıq haqqında razılığa gəliblər.

Pekin birgə təlimlərdə iştirak qərarının “mövcud beynəlxalq və regional vəziyyətlə əlaqəli olmadığını” bildirib. Xatırladaq ki, bir il əvvəl bu ay Rusiya və Çin Çinin şimal-mərkəzində 10 mindən çox hərbçinin iştirakı ilə birgə hərbi təlimlər keçirib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çinin Ningxia şəhərində keçirilən təlimləri yüksək qiymətləndirib və onların daha da inkişaf etdirilə biləcəyini bildiirb. Keçən ilin oktyabr ayında Rusiya və Çin Yapon dənizində birgə hərbi dəniz təlimləri keçirib.

“Vostok” təlimləri bu il Çin və Rusiya hərbçilərinin keçirdiyi ikinci birgə hərbi təlimdir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »