Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsəd administrasiyasından ABŞ-a: Əsgərlərinizi dərhal ölkədən çıxarın!
Əsəd administrasiyasından ABŞ-a: Əsgərlərinizi dərhal ölkədən çıxarın!

Suriya hökuməti Amerika əsgərlərinin yerləşdiyi bazanın yaxınlığında raket hücumuna məruz qaldıqdan cəmi bir gün sonra Birləşmiş Ştatlardan "hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz ölkədən çıxarmağı" tələb edib.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın Suriyada, əsasən, ölkənin cənubundakı Ət-Tanf bazası ilə şərqindəki neft yataqları arasında 900-ə yaxın əsgəri var. ABŞ uzun müddətdir ki, İŞİD-ə qarşı mübarizədə SDQ-yə dəstəyi ilə tanınır. Lakin Suriya prezidenti Bəşər Əsəd administrasiyası ABŞ-ın bu ölkədə mövcudluğunu qeyri-qanuni qəbul etməklə yanaşı, onların ölkəni tərk etmələrini də tələb edib.

Oxşar bəyanatlar Suriya Xarici İşlər Nazirliyinin bəyanatında da yer alıb. Ötən gün yayımlanan mesajda “Amerika tərəfi Suriya torpaqlarından qeyri-qanuni olaraq hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz çıxarmalı, Suriya nefti və buğdasının oğurlanması və qaçaqmalçılığına son qoymalıdır. O, qeyri-qanuni silahlı qruplara dəstək verməməlidir”,-deyə bildirilib.

Məlumata görə, dərc edilmiş mesajda ABŞ qüvvələrinin Suriyadan buğda və neft “oğurladığı” iddiasını dəstəkləyəcək heç bir sübut təqdim edilməyib.

Xatırladaq ki, bu həftənin əvvəlində anti-İŞİD beynəlxalq koalisiya qüvvələri Suriyanın şərqindəki Əl-Tənif bölgəsindəki hərbi bazaya pilotsuz təyyarələrin hücum etdiyini açıqlamışdı.

İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya rəhbərlik edən ABŞ general-mayoru Con Brennan verdiyi açıqlamada hücumun heç bir xəsarət və ya dağıntıya səbəb olmadığını bildirib.

Daha sonra ərazinin ABŞ və SDQ hərbçiləri tərəfindən təmizləndiyi və təhlükəsizliyin təmin edildiyi bildirilib. ABŞ-da yerləşən CNN telekanalının məlumatına görə, pilotsuz uçuş aparatlarından yalnız biri partlamadan əvvəl ABŞ əsgərlərinin yerləşdiyi kompleksin bir hissəsinə nüfuz edə bilib.

Hücumların arxasında kimin dayandığı hələ məlum deyil. Suriyada fəaliyyət göstərən ABŞ və koalisiya qüvvələrinə məxsus hərbi məntəqələr vaxtaşırı İranın dəstəklədiyi əcnəbi terrorçu qrupların yerləşdiyi bölgələrdən çıxan pilotsuz təyyarələr və raket hücumları ilə hədəfə alınır.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »