Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Orduda əksəriyyət Putindən narazıdır”
“Orduda əksəriyyət Putindən narazıdır”

Rusiya ordusunda əhval-ruhiyyə yüksək deyil. Bunu Ukrayna xüsusi xidmət orqanlarının ortaya çıxardığı səsyazılarında da müşahidə etmək olar. Rusiyalı hərbçilər daha çox şəhərləri ələ keçirmək barədə yox, döyüşlərdən uzaq dayanmaq haqda düşünür. Hiss olunur ki, hər şey Kremlin təbliğat mənzərəsindəki kimi deyil.

Bizimyol.info xəbər verir ki, cəbhədən qaçmış rusiyalı desantçı orduda vəziyyətin yaxşı olmadığını deyib. Pavel Filatyev orada əksəriyyətin Putindən, onun siyasətindən narazı olduğu bildirib. Onun sözlərinə görə, rusiyalı hərbçilər haqq savaşı aparmadıqlarını yaxşı bilirlər, amma imtina etmək imkanı yoxdur.

Filatyev Qərb mediasına müsahibə verib. O, çox maraqlı məqamlara toxunub. 56-cı hava hücum alayında yer almış desantçı müharibənin ilk günlərini Xersonda keçirib. Gözündən yaralanan Pavel ilk imkandaca ordudan uzaqlaşıb. Filatyev ABŞ-ı üz tutub. Burada hətta kitab yazmağa da imkan tapıb.

“Mən müharibədə döyüşməkdən qorxmuram. Amma mənim üçün ədalət hiss çox vacibdir. Bilməliyəm ki, haqq üçün vuruşuram. Rusiya müharibədə uğur qazana bilməz. Həm də ona görə ki, biz rusiyalılar haqq üçün döyüşdüyümüzü hiss etmirik. Bu hiss olmadan qələbə qazanmaq mümkün deyil”.

Filatyev deyir ki, ictimailəşəndən bəri bütün bölmə onunla əlaqə saxlamağı dayandırıb. Amma döyüş yoldaşlarının ən azı 20 faizi onun etirazını tam dəstəkləyir. Desantçının sözlərinə görə, zabitlər ona öz torpaqları uğrunda döyüşən ukraynalıların vətənpərvərliyinə hörmət hissi bəslədiklərini deyiblər. Filatyev Rusiyanın öz əsgərlərinə qarşı pis rəftarından danışır, bundan təkcə onun şikayət etmədiyini bildirir.

“Orduda əksəriyyət orada baş verənlərdən, hakimiyyətdən, komandanlıqdan, Putindən, onun siyasətindən, xidmət nümunəsi göstərməyən müdafiə nazirindən narazıdır. Hərbçilərin çoxu heç kimi öldürmək istəmir. Döyüşməyi heç arzulamırlar. Amma biz vətənpərvərlik, döyüş yoldaşlarımıza qarşı günah hissləri ilə buxovlanmışıq. Heç kim qorxaq olmaq istəmir. Silahlarımızı atıb qaça bilmirik”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »