Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN: MAQATE nümayəndə heyəti Zaporijjya AES-ə gələ bilmir
Rusiya XİN: MAQATE nümayəndə heyəti Zaporijjya AES-ə gələ bilmir

Ukrayna tərəfi obyekti atəşə tutduğuna görə, MAQATE nümayəndə heyəti Zaporojye AES-ə gələ bilmir.

Bizimyol.info xəbər verir ki, bunu çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə icmal konfransında çıxışı zamanı Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini İqor Vişnevetski deyib.

“Hazırda baş verənləri əks etdirmək üçün MAQATE-nin Zaporojye atom elektrik stansiyasına nəzarətinin bərpası ilə bağlı çağırışlara ehtiyac yoxdur. İndi bütün tərəflər bunun üzərində işləyir. MAQATE tərəfindən nəzarətin tezliklə bərpa olunması tamamilə mümkündür. Bunun üçün ora nümayəndə heyəti gəlməlidir”, - o deyib

“Hər kəs bu problemin həll edilməsinə öz töhfəsini verməlidir. Bunun baş verməsi üçün ilk növbədə Ukrayna tərəfinin Zaporojye atom elektrik stansiyasını atəşə tutmasını dayandırmaq lazımdır. Atışma davam etdirildiyi bir vaxtda oraya nümayəndə heyəti gələ bilməz, bu təhlükəlidir”, - deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, Kiyev nüvə obyektlərini atəşə tutmaqla MAQATE-nin əsas prinsipini pozur.

O qeyd edib ki, “bu gün ərzində Ukrayna tərəfi növbəti dəfə Zaporojye atom elektrik stansiyasını atəşə tutub. "Ukrayna Zaporojye Atom Elektrik Stansiyasını tamamilə məsuliyyətsiz şəkildə atəşə tutmaqda davam edir və bununla da nəinki MAQATE rəhbəri Rafael Qrossinin yeddi prinsipini, həm də əsas prinsipi pozur", - deyə Vışnevetski bildirib.

"Nüvə obyektlərini atəşə tuta bilməzsiniz, atom elektrik stansiyalarını artilleriya və ya hər hansı digər atəşə məruz qoya bilməzsiniz. Bu son dərəcə təhlükəlidir. Ukrayna tərəfi bunu yaxşı bilir, lakin buna baxmayaraq, bununla məşğuldur, praktiki olaraq nüvə terrorizmi ilə məşğuldur və bu işdə dəstək alması böyük narahatlıq doğurur", - Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbərinin müavini bildirib. Onun sözlərinə görə, "bu, fəlakətlə nəticələnə bilər".

Qeyd edək ki, məsələyə Ukrayna xarici işlər naziri Dmitri Kuleba da münasibət bildirib.

Ukrayna diplomatiyasının rəhbəri D.Kuleba MAQATE-nin baş direktoru Rafael Mariano Qrossi ilə Zaporojye AES-dəki vəziyyətlə bağlı söhbətinin olduğunu bildirib: “Söhbətimiz zamanı MAQATE-nin baş direktoru mənə bildirdi ki, cavab olaraq Ukraynanın dəvəti ilə o, Zaporojye atom elektrik stansiyasına nümayəndə heyətinə rəhbərlik etməyə hazırdır. Mən Rusiyanın hərbi hərəkətlərinin nüvə təhlükəsizliyinə yaratdığı təhdidlərlə bağlı missiyanın işinin aktuallığını qeyd etdim”, - deyə Kuleba Twitter-də yazıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »