Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya əsgərinin müharibə barədə məqaləsi hamını heyrətləndirdi
Rusiya əsgərinin müharibə barədə məqaləsi hamını heyrətləndirdi

Rusiya ordusunun əsgəri əvvəlcə qaçdı, sonra yazmağa başladı. Həmin 141 səhifəlik məqalə bomba effekti yaratdı. Həyatını cəbhədəkindən qat-qat çox təhlükəyə atan əsgərin hekayələri hər kəsi dəhşətə gətirdi.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya əsgəri əlləri əsə-əsə bunları danışıb: “Pavel Filatyev paraşütçüləri ilə birlikdə Xersona daxil olduq, limanı ələ keçirdik, sonra Nikolayevə getdik, bir ay ağır artilleriya atəşi altında yaşadıq.

Xerson limanını ələ keçirdikdən dərhal sonra kompüterləri və tapa bildiyimiz qiymətli əşyaları götürməyə başladıq. Biz vəhşi kimi davranırdıq. Orada hər şeyi yedik: yulaf, sıyıq, mürəbbə, bal, qəhvə və s. Bizi heç nə maraqlandırmırdı, artıq həddi aşmışdıq. Çünki çoxumuz bir ay idi ki, istirahət etmədən, duş qəbul etmədən və ya normal yemək yemədən çöllərdə idik.

Mən döyüşməkdən qorxmuram. Amma etdiyimin doğru olduğunu bilmək üçün ədaləti hiss etməliyəm. Və mən inanıram ki, biz Rusiya uğursuzluğa düçar oluruq, çünki etdiyimizi düzgün hesab etmirik”,- deyə əsgər bildirib.

Təbii ki, Pavel dediklərinin nəticələrini bilirdi. Keçmiş paraşütçü anlayırdı ki, həbsxanaya düşmək riski var və onu satqın adlandırıb keçmiş döyüş yoldaşları ondan uzaqlaşacaqlar.

Onu da əlavə edək ki, o, cəbhədəki dəhşətli günlərdən sonra yaralanıb və göz infeksiyası ilə döyüşdən tərxis olunub. Lakin həmin vaxta qədər o, artıq əmin idi ki, Rusiya Ukraynaya təcavüzünün mahiyyətində olan həqiqəti ortaya qoymalıdır.

“Heç nəyi dəyişməyəcəyimi bilsəm də, hətta ağılsızcasına özümü bu qədər bəlaya salsam da, daha sakit qala bilmirəm”,- deyə Rusiya əsgəri vurğulayıb.

Xarici media yazır ki, indiyə qədər heç vaxt Ukraynanın işğalında iştirak edən Rusiya əsgərinin bu qədər təfərrüatlı və könüllü danışılan hekayəsi olmayıb. Pavelin hekayəsindən parçalar Rusiyanın müstəqil mətbuatında dərc olunub. Filatyev videobağlantı vasitəsilə TV Rain-də televiziya müsahibəsində də iştirak edib.

Filatyevə bu həftənin əvvəlində Rusiyanı tərk etməyə kömək edən “Gulagu” hüquq müdafiə şəbəkəsinin rəhbəri Vladimir Oseçkin deyibki, "kiminsə ilk olaraq danışması çox vacibdir".

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »